“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır
1826
08 Dec 2024 | 14:10

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır.
 
Moderator.az-ın məlumatına görə, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılır.
 
İş üzrə 7 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.
 
Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş, Natiq Cavadlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər