Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Novxanı kəndində mərhum şahmatçı Vüqar Həşimovun valideynlərinin yaşadığı evdə partlayış baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından Vüqar Həşimovun anası sağ çıxarılaraq xilas edilib.
Qeyd edək ki, reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.