Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni, Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.
Bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Qərara əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyulması üçün barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması ilə bağlı xəbər vermişdik. Belə ki, müğənniyə məxsus "Ağadadaş” MMC-nin dövlət büdcəsi və fondlara borcu yaranıb. Sənətçi bu borcları vaxtında ödəmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən çıxışına qadağa qoyulması haqqında Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.