Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə
Gündəm
Oxunub: 1074
22 Aug 2024 | 16:33
Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə
Ölkəmizin xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin inkişafı yeni əməkdaşlıq formatlarının yaranması ilə yanaşı, qarşılıqlı əlaqələrin coğrafiyasının genişləndirilməsinə də töhfə verir. Bu əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər mühüm əhəmiyyət kəsb edir.
 
Rusiya Federasiyasının Prezidenti V.Putinin ölkəmizə ikigünlük səfəri diplomatik baxımdan yüksək dövlət statusuna malikdir. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlərin müzakirə olunması, dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi və hökümətlərarası sənədlərin imzalanması Azərbaycan-Rusiya arasında əməkdaşlığın daha da möhkəmlənməsinə müstəsna töhfələr verəcək.
 
Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub və ölkəmiz bu əməkdaşlığa böyük önəm verir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” qarşılıqlı münasibətlərin yeni mərhələsini təşkil edib. 2002-ci ildə Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Məhz bu sənədlə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
 
Ölkələr arasında əlaqələr hazırda sürətlə inkişaf etdirilir. Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.
 
Bu gün ölkəmiz Cənubi Qafqazda geopolitik söz sahibidir. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Rusiya da öz növbəsində rəsmi Bakının dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşdığından xəbərdardır və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaşdır. Bu mənada, Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Bakıya səfəri növbəti yaxınlaşma kimi qəbul edilir. Rusiya Azərbaycanla strateji münasibətlərin inkişafına yönəlik məqsədləri ön plana çıxarmağı üstün tutur və supergüc dövlətlə normal münasibətlər sisteminə malik olması Azərbaycanın növbəti geopolitik uğurudur. Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyət daşımaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən, münasibətlərin dostluq və müttəfiqlik xarakterindən xəbər verir. Bu həm də 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı mütəffiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir ki, bu da iki dövlət arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.
 
Rusiya ilə Azərbaycan arasında dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir və bu sahələrdə əməkdaşlığın inkişafı hər iki tərəf üçün böyük potensial vəd edir. Ötən il və bu ilin ilk altı ayında əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artması, əməkdaşlığın səmərəliliyinin və uğurlu əlaqələrin göstəricisidir.
 
Humanitar sahədə əməkdaşlığa da həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəbdə 160 min şagird təhsil alır. Bundan əlavə, ölkədə 800 mindən çox şagird rus dilini ikinci xarici dil kimi öyrənir. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları Bakıda uğurla fəaliyyət göstərir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbə rus dilində təhsil alır ki, bu da təhsil sahəsindəki münasibətlərin güclənməsinə mühüm töhfə verir.
 
Regional təhlükəsizlik məsələləri də dövlətlərarası münasibətlərin vacib aspektlərindən biridir. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib və bu, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bu baxımdan, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətdən asılıdır.
 
Dövlətlərarası münasibətlərimizin müstəsna əhəmiyyətə malik olan digər sahəsi isə nəqliyyat dəhlizləridir. Regional nəqliyyat dəhlizlərinin yaradılmasında “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür.
 
Bu kimi əməkdaşlıq fəaliyyətləri Azərbaycan və Rusiya arasındakı mövcud və gələcək əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır. Dövlətlərarası əməkdaşlığın gücləndirilməsi yalnız iqtisadiyyata deyil, həm də humanitar və təhlükəsizlik sahələrində də regionda sabitlik və rifahın təmin edilməsinə xidmət edir.
 
Dövlətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycanın xarici siyasət prioritetlərindən biri, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasıdır. Azərbaycan və Rusiya arasındakı ticarət və investisiya sahəsindəki dinamik inkişaf, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olub. Azərbaycanın müxtəlif sahələrdə iqtisadiyyatı inkişaf etdirmək üçün Rusiya ilə enerji, nəqliyyat və kənd təsərrüfatı sektorlarında sıx əməkdaşlıq etməsi hər iki tərəfin iqtisadi sabitliyini təmin etməyə kömək edir. Bu, iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına və gələcəkdə yeni iqtisadi layihələrin reallaşdırılmasına təkan verir.
 
Azərbaycan-Rusiya münasibətlərində həm də siyasi əməkdaşlıq istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. İki ölkə arasında siyasi dialoq daim aktivdir və bu, regional və beynəlxalq səviyyədə mövqelərin müəyyənləşdirilməsinə imkan yaradır. Azərbaycan və Rusiya, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir və bu, beynəlxalq arenada qarşılıqlı maraqların qorunmasına xidmət edir. Xüsusilə, BMT, MDB və digər regional təşkilatlar çərçivəsində Azərbaycanın və Rusiyanın mövqelərinin uyğunlaşdırılması, regionda və beynəlxalq aləmdə sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir.
 
Azərbaycan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində həlledici rol oynayır. Azərbaycan, öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni bir təhlükəsizlik arxitekturasının formalaşmasına nail oldu. Bu çərçivədə Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, Cənubi Qafqazda mövcud olan təhlükəsizlik risklərinin minimuma endirilməsi üçün yeni imkanlar yaradır. İki ölkə arasında bu sahədə imzalanmış sazişlər və həyata keçirilən birgə tədbirlər, regionda sabitliyin uzunmüddətli olmasına zəmanət verir.
 
Enerji sahəsində əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları və Rusiyanın enerji bazarındakı güclü mövqeyi, bu sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər yaradır.
 
Dövlətlərarası münasibətlərdə mədəniyyət sahəsində əməkdaşlıq da böyük önəm kəsb edir. Azərbaycan və Rusiya arasında mədəniyyət mübadiləsi, iki xalq arasında tarixi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu sahədə keçirilən birgə festivallar, sərgilər və digər mədəni tədbirlər, xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın inkişafına töhfə verir.
 
Bu gün Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səyahət dinamikasında da artım müşahidə olunmaqdadır. Bu məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Rusiya və Azərbaycan şəhərləri arasında hər gün 20 reys təyyarə uçuşu həyata keçirilir.
 
Bu ilin noyabrında Bakıda COP-29 beynəlxalq səviyyəli İqlim konfransı keçiriləcək. Bir çox dünya ölkələrinin qatılacağı bu konfrans Rusiya tərəfindən də dəstəklənir. Hazırda ikitərəfli formatda bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.
 
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq haqqında imzalanmış sazişlər hər iki dövlətin gələcəkdə iqtisadi-siyasi və elmi-mədəni münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
 
Cavanşir Feyziyev
Fəlsəfə doktoru
 
Oxşar xəbərlər
08:06, Bu gün
Nazir: Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub
08:00, Bu gün
Limonun zərərli xüsusiyyətləri açıqlanıb
07:50, Bu gün
Rusiya işğal etdiyi Ukrayna ərazilərindən taxılı İrana daşıyır...
22 Aug 2024 | 23:46
Səttar Möhbalıyev istefa verdi
22 Aug 2024 | 23:00
"Zirə" "Omoniya"ya 6-0 məğlub oldu
22 Aug 2024 | 22:53
“Onun üçün çox darıxıram”
22 Aug 2024 | 22:48
Bu ölkədə təyyarə qəzası: 5 nəfər öldü
22 Aug 2024 | 22:40
İnsanları qocaldan qidalar
22 Aug 2024 | 22:34
İnfluenser  həyat yoldaşının İtaliya tətili
22 Aug 2024 | 22:26
Bu ölkədə meymunçiçəyinə yoluxmada kəskin artım
22 Aug 2024 | 22:18
Yaddaşı gücləndirir, konsentrasiyanı artırır
22 Aug 2024 | 22:10
Bu 3 SƏHV saçları tökürmüş – Hamı edir
22 Aug 2024 | 22:00
Evinin tualetində olarkən piton cinsiyyət orqanını dişlədi – FOTO
22 Aug 2024 | 21:52
İsrail Abbasın təklifini rədd etdi
22 Aug 2024 | 21:47
"Zirə" - "Omoniya" matçında hesab açıldı - CANLI/YENİLƏNİR
22 Aug 2024 | 21:40
Kürd agenti canlandıran aktrisadan açıqlama
22 Aug 2024 | 21:33
Bu göbələk olduqca faydalıdır
22 Aug 2024 | 21:28
Krımda raket təhlükəsi: körpüdə hərəkət dayandırıldı
22 Aug 2024 | 21:20
Şuşa Dövlət Qoruğundan turistlərə müraciət -VİDEO
22 Aug 2024 | 21:13
Panik atak nədir, simptomları və yaranma səbəbləri
22 Aug 2024 | 21:05
Azərbaycanda ilk dəmir yolu qalereyası inşa olunur
22 Aug 2024 | 21:01
SON DƏQİQƏ! Ukrayna Rusiyanın ən böyük limanını partlatdı – VİDEO
22 Aug 2024 | 20:57
"Ukrayna Zaporojye AES-ə nəzarəti bərpa edə bilər, amma bir şərtlə" - EKSPERT RƏYİ
22 Aug 2024 | 20:53
Təmsilçimiz Çempionlar Liqasında darmadağınla qalib gəldi
22 Aug 2024 | 20:45
Tacir Şahmalıoğlunun Ağdamdakı evi - Video
22 Aug 2024 | 20:38
“Kupça“sı olmayanların NƏZƏRİNƏ! – Yeni sənəd… – VİDEO
22 Aug 2024 | 20:31
Millət vəkili jurnalistin başına qapaz vurdu – ŞOK VİDEO
22 Aug 2024 | 20:23
Yoxsulluğun lənəti: Ailədə olduğunun beş əlaməti və təmizləməyin YOLLARI
22 Aug 2024 | 20:16
Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 23:59-dan etibarən…
22 Aug 2024 | 20:08
Ac qarına kişmiş yeməyin faydaları
22 Aug 2024 | 20:00
Aİ soyuq havalar üçün rekord qaz ehtiyatı yığıb
22 Aug 2024 | 19:55
Rusiyalı milyarder saxlanıldı
22 Aug 2024 | 19:48
Qəzzada ölənlərin sayı artır
22 Aug 2024 | 19:40
Hoteldə yanğın baş verib, 6 nəfər ölüb
22 Aug 2024 | 19:34
Yuxuda makiyaj etmək nə deməkdir?
22 Aug 2024 | 19:28
Məzuniyyətə gələn əsgəri küçədə öldürdülər
22 Aug 2024 | 19:20
"Bluetooth" vasitəsilə istənilən cihazı sındırmaq olar" - Ekspert
22 Aug 2024 | 19:10
Hamilə xanımların nəzərinə! - “Bu qida qan azlığının qarşısını almaqda  önəmli rol oynayır”
22 Aug 2024 | 19:03
Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı – FOTO
22 Aug 2024 | 18:57
“QRU” agenti jurnalist adıyla Xocavənd sakinləri ilə necə görüş keçirib?..-FOTO
22 Aug 2024 | 18:56
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
22 Aug 2024 | 18:50
Üç bürc 25 avqusta qədər münasibətlərdə çətinliklərlə üzləşəcək – XƏBƏRDARLIQ
22 Aug 2024 | 18:42
Suriyalı qadın onu narahat edən kişini bu hala saldı – VİDEO
22 Aug 2024 | 18:37
Niyə bir çox amerikalı “iPhone 16” ala bilməyəcək?
22 Aug 2024 | 18:30
İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin SAYI AÇIQLANDI – FOTO
22 Aug 2024 | 18:23
8 yaşlı uşaq 40 metr hündürlükdən gölə düşüb öldü
22 Aug 2024 | 18:15
Dəniz okeandan nə ilə fərqlənir?
22 Aug 2024 | 18:08
Elektron siqaretlər zərərlidirmi?
22 Aug 2024 | 18:00
Kitabları və qəzeti televizorun yanına qoymayın – SƏBƏB
22 Aug 2024 | 17:54
Taksi sürücülərinin ÜSYANI: “Cərimələri ləğv etsinlər, imtahanı neyləyirik?” – Reportaj + FOTO
22 Aug 2024 | 17:49
““TikTok”u olmayan qız axtarıram”
22 Aug 2024 | 17:44
Prezidentin səfəri: "Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri" - ŞƏRH
22 Aug 2024 | 17:38
Azərbaycan və Qazaxıstan hərbçiləri birgə təlimdə - FOTOLAR
22 Aug 2024 | 17:33
“Neftçi” onunla yollarını ayırdı - FOTO
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 17:20
Nigar qızı ilə VİDEO paylaşdı
22 Aug 2024 | 17:14
Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - YENİLƏNİB + FOTO
22 Aug 2024 | 17:09
"Əliyev Azərbaycanın prezidentidir və öz millətinin maraqlarından çıxış edir" - ukraynalı politoloq
22 Aug 2024 | 17:03
Sosial yardım təyin ediləndə kimlər ailə üzvü kimi nəzərə alınmır? – CAVAB
22 Aug 2024 | 16:58
"Nikosayağı"nın qəzaya düşdüyü avtomobilin VİDEOsu
22 Aug 2024 | 16:52
Sabahdan seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsinə başlanılır
22 Aug 2024 | 16:46
Xalq artisti: “Bu gün efirə köynəksiz çıxıb, əxlaqsız ifadələr işlətmək olar”
22 Aug 2024 | 16:40
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun fərdi yaşayış evində seçicilərlə görüşdü - FOTO/VİDEO
22 Aug 2024 | 16:33
Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə
22 Aug 2024 | 16:27
Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib - FOTO
22 Aug 2024 | 16:16
Ukrayna dronları Volqoqrad vilayətindəki "Marinovka" hərbi hava limanına zərbələr endirdi
22 Aug 2024 | 16:10
"...130 manat cərimə tələb olunur" - Ölkədəki internet problemi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
22 Aug 2024 | 16:04
Baş prokuror Şəkidə vətəndaşları qəbul edəcək
22 Aug 2024 | 15:59
Azərbaycan və Özbəkistanın üç şəhəri qardaşlaşdı
22 Aug 2024 | 15:54
Tacir Şahmalıoğlunun Ağdamdakı evi - VİDEO
22 Aug 2024 | 15:52
“Fərqli xarakterlər, zövqlər, düşüncələr olmalıdır ki…” - Qadın-kişi münasibətlərində tərəflərin istəyi nədir?
22 Aug 2024 | 15:47
Abşeronda qanunsuz tikili söküldü - VİDEO
22 Aug 2024 | 15:42
Prezident Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydu - FOTO
22 Aug 2024 | 15:37
Əli Əsədov qərar imzaladı
22 Aug 2024 | 15:31
"Binance" 2024-cü ildə istifadəçilərin 2,4 milyard dollar məbləğində potensial itkisinin qarşısını alıb
22 Aug 2024 | 15:25
“Məhkəmədə vəhy gəlmir, yoxsa ilahi gücümü göstərərdim” - FOTO
22 Aug 2024 | 15:20
İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Aug 2024 | 15:18
Prezident xanımı ilə Özbəkistana getdi
22 Aug 2024 | 15:15
Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir - FOTO
22 Aug 2024 | 15:09
Son sutkada 66 yanğına çıxış olub - FHN
22 Aug 2024 | 15:03
Gürcüstan Azərbaycana yeni səfir göndərəcək
22 Aug 2024 | 14:57
"Bütün maneələri təcili olaraq dəf edin və sazişə gəlin" - Bayden
22 Aug 2024 | 14:51
Boşanma uşaqlara necə təsir edir? - BUNLARA DİQQƏT EDİN
22 Aug 2024 | 14:45
Bakıda məktəbdə yanğın oldu
22 Aug 2024 | 14:39
"Uşaqlarım olmasaydı, torpağı qazıb yanında yatardım" - VİDEO
22 Aug 2024 | 14:33
Qüdrət Həsənquliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi - FOTO
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 14:21
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirildi - FOTO
22 Aug 2024 | 14:14
Anar Məmmədlinin həbs müddəti uzadıldı
22 Aug 2024 | 14:08
Ağstafada oğurluq və soyğunçuluq cinayətləri törədən şəxs saxlanıldı - FOTO/VİDEO
22 Aug 2024 | 14:02
Çətinliklə qarşılaşan valideynlər - üç minə yaxın uşaq niyə birinci sinfə QƏBUL EDİLMƏYİB?
22 Aug 2024 | 13:56
Soyuducuya duz qoyun: böyük problemdən həmişəlik xilas olun
22 Aug 2024 | 13:50
"Rusiyada geniş səfərbərlik olacaq, lakin Putin bunu "səssiz" edəcək" - "Bild" nəşri
22 Aug 2024 | 13:44
"Kişilikdən dərs keçəcək ən axırıncı adamsan" - FOTO
22 Aug 2024 | 13:38
Baş idarədən əməliyyat: Sayt rəhbərləri həbs edildi - FOTO
22 Aug 2024 | 13:32
Penitensiar Xidmət Ülvi Həsənli ilə bağlı iddiaya münasibət bildirdi
22 Aug 2024 | 13:26
Banklar dollar satmaqdan imtina etdi
22 Aug 2024 | 13:20
"Həyat yoldaşımın 5 sevgilisi ilə tanış olmuşam" - VİDEO
22 Aug 2024 | 13:14
Ali məktəblərə qəbulun nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA
22 Aug 2024 | 13:09
Sabah bəzi yerlərdə temperatur 40 dərəcəyə çatacaq - PROQNOZ
GÜNLÜK
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 08:49
Putinin Qərblə dəyişdiyi məhbuslardan biri "ispan jurnalisti" adıyla Şuşaya gəlmiş “QRU” agenti olub...
22 Aug 2024 | 09:56
Paşinyan Kərkidən yan keçdi...- "Hraparak"
22 Aug 2024 | 12:20
“Hər bir binanın altı ayrıca öyrənilməlidir ki, dağıntı az olsun, Bakıda elə binalar var ki...” - Qurban Yetirmişlidən XƏBƏRDARLIQ - ÖZƏL
22 Aug 2024 | 10:01
“Bıçağı əlinə verib ki, get onu düz ürəyindən vur, ona halallıq vermirəm”-Aktrisadan ETİRAF-FOTO+ÖZƏL
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 10:34
“Putin o vaxtdan Azərbaycana gəlmək istəyirdi... Lakin...”
22 Aug 2024 | 08:32
Ukrayna bu tarixdə hücuma keçəcək
22 Aug 2024 | 13:20
"Həyat yoldaşımın 5 sevgilisi ilə tanış olmuşam" - VİDEO
22 Aug 2024 | 09:09
Avqustun ikinci yarısı bu bürclər sevinəcək
HƏFTƏLİK
17 Aug 2024 | 20:20
"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər"-ÖZƏL
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 22:31
Çayı nə ilə içmək xeyirdir?
17 Aug 2024 | 13:32
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."-ÖZƏL+FOTOLAR
21 Aug 2024 | 09:07
“Zəngəzur dəhlizi açılacaq!”
17 Aug 2024 | 17:12
Bu tarixdə doğulanların nəzərinə...
18 Aug 2024 | 18:37
Bu pişiklərin mənzildə saxlanması QƏTİ QADAĞANDIR 
18 Aug 2024 | 13:16
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
18 Aug 2024 | 19:30
Zəkanın aşağı olduğunu göstərən BEŞ DAVRANIŞ 
18 Aug 2024 | 17:09
Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələ OLACAQ - Alimlərdən XƏBƏRDARLIQ
AYLIQ
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 08:49
Putinin Qərblə dəyişdiyi məhbuslardan biri "ispan jurnalisti" adıyla Şuşaya gəlmiş “QRU” agenti olub...
22 Aug 2024 | 09:56
Paşinyan Kərkidən yan keçdi...- "Hraparak"
22 Aug 2024 | 12:20
“Hər bir binanın altı ayrıca öyrənilməlidir ki, dağıntı az olsun, Bakıda elə binalar var ki...” - Qurban Yetirmişlidən XƏBƏRDARLIQ - ÖZƏL
22 Aug 2024 | 10:01
“Bıçağı əlinə verib ki, get onu düz ürəyindən vur, ona halallıq vermirəm”-Aktrisadan ETİRAF-FOTO+ÖZƏL
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 10:34
“Putin o vaxtdan Azərbaycana gəlmək istəyirdi... Lakin...”
22 Aug 2024 | 08:32
Ukrayna bu tarixdə hücuma keçəcək
22 Aug 2024 | 13:20
"Həyat yoldaşımın 5 sevgilisi ilə tanış olmuşam" - VİDEO
22 Aug 2024 | 09:09
Avqustun ikinci yarısı bu bürclər sevinəcək