MDHP Qarabağ Departamenti bəyanat qəbul edib
2228
02 Apr 2015 | 16:16

MDHP Qarabağ Departamenti bəyanat qəbul edib

MDHP Qarabağ Departamenti 29 mart 2015-ci il tarixində keçirdiyi növbəti iclasında BƏYANAT qəbul edib

Moderator.az -ın məlumatına görə,bəyanatda deyilir :

Son günlər təmas xəttində erməni hərbi birləşmələrinin intensiv xarakterli təxribatlarına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbçiləri arasında təşviş yaratmışdır. Bunun səbəbidir ki, əslən Yuxarı Qarabağdan olan əsgər Andranik Qiriqoryan ağ bayraq qaldıraraq Azərbaycan tərəfə təslim olmuşdur. O, istintaq orqanlarına verdiyi ifadədə bildirmişdir ki, “mənasız” ölmək istəmədiyindən Azərbaycan tərəfə təslim olmuş və qeyd etmişdir ki, əslən Yuxarı Qarabağdan olan əsgərlər sırasında təslim olmaq istəyənlər çoxluq təşkil edir.

Bu hadisə ilə əlaqədar olaraq MDHP Qarabağ Departamenti bəyan edir ki, Qarabağda yaşayan istər mülki, istərsə də hərbçi vətəndaşlar Azərbaycan Dövlətinin qanunlarına tabe olan irqindən, dinindən və milli mənsubiyyətindən aslı olmayaraq, əgər Azərbaycan vətəndaşlarına qarşı hər hansı cinayyətdə əli olmayıbsa, ehtiyat etmədən Azərbaycan tərəfə keçsələr, onların hüquqlarının Dövlətimiz tərəfindən qorunmasına zəmanət veriləcək. Münaqişə başlayandan Ermənistanda bir nəfər də olsun türksoylu və İslam dinindən olan insan qalmadığı halda, hal-hazırda Bakı və onun ətraf rayonlarında 30 000 ”“dən çox erməni əsilli vətəndaşların yaşaması Azərbaycan Dövlətinin beynəlxalq sivil mövqeyini sübut edir. Lakin Ermənistanda isə, mono etnos millətçi rejim hətta öz vətəndaşlarının da nifrətini qazanmışdır. O da fakdır ki, Dünya Birliyi Azərbaycanı tolerant dövlət kimi tanıyır.

Onu da qeyd edirik ki, Azərbaycan tərəfə keçən erməni əsillilərin kütləvilik təşkil etdiyi halda Dövlətimiz münaqişə həll olunanadək onları müasir tələblərə cavab verəcək ev və sosial şərait yaratmaq üçün iqtisadi imkanlara malikdir.
RU
Moderator
Link kopyalandı!
Son xəbərlər