Serbiya mediası Prezident İlham Əliyevin səfərini geniş işıqlandırıb - FOTO
1938
10 Dec 2023 | 22:50

Serbiya mediası Prezident İlham Əliyevin səfərini geniş işıqlandırıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər yerli mətbuatın diqqət mərkəzindədir.
 
Serbiya mediası Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verib.
 
“Novosti”, “Index”, “NSPM”, “Informer”, “Opstina Sokolac” kimi saytların yaydığı materiallarda Prezident İlham Əliyevin mərasimi dostluq və strateji tərəfdaşlığın sübutu adlandırdığı, qaz interkonnektorunun Serbiya və Bolqarıstanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğuladığı qeyd olunur. Layihənin “köhnə qitə”nin enerji xəritəsini dəyişdiyi bildirilir.
 
Yazılarda istifadəyə verilən interkonnektor sayəsində Serbiyanın Azərbaycandan təbii qaz tədarükünə başlayacağı qeyd olunur. Boru kəmərinin istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına töhfə verəcəyi vurğulanır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər