![Azərbaycanda GÜCLÜ zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması](https://moderator.az/cphoto/670x420/2023/12/09/1702126989_61.jpg)
2 gün əvvəl yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınan zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə isə 3 bala qədər hiss olundu.
5,6 maqnitudada baş verən, zəlzələ ocağı 68 km dərinlikdə yerləşən yeraltı təkanlar 50 saniyə davam etdi.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycanda yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq. Onun sözlərinə görə, 2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birgə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparılacaq.
Dağıntı və tələfat olmasa da, insanların əksəriyyətində zəlzələ qorxusu yaranıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Musavat.com-a açıqlamasında qeyd edib ki, dekabrın 7-də baş verən zəlzələ maqnitudası güclü olan zəlzələ idi:
“Zəlzələ ocağı dərinlikdə yerləşdiyinə görə onun yayılma radiusu da böyük oldu. Adətən səthi zəlzələlər daha az ərazini əhatə edir. Amma belə böyük dərinlikdə olan zəlzələlər daha çox hiss olunur. İyulun 3-dən 4-ə keçən gecə, saat 00:01-də həmin əraziyə yaxın ərazidə - Xəzər dənizində zəlzələ qeydə alınmışdı. Həmin zəlzələ həm sahilyanı rayonlarda, həm də Abşeron yarımadasında, Bakı şəhərində hiss olunmuşdu.
Xəzər dənizinin Azərbaycan sektorunda çoxlu zəlzələ ocaqları var. Ora seysmik baxımdan aktiv zonadır. Yayda baş verən həmin zəlzələdən sonra həmin ərazidə aktivlik müəyyən qədər qalmışdı. Yəni tam enerji boşalması getməmişdi.
Dekabrın 7-də keçirdiyimiz mətbuat konfransında da Qurban Yetirmişli iyulun 4-ə keçən gecə baş verən zəlzələ ilə dekabrın 7-də baş verən zəlzələnin müqayisəli təhlilini göstərdi. Həmin ərazidə aparılan təhlillərin nəticəsi olaraq göstərdi ki, hazırda zəlzələ ocağında vəziyyət necədir”.
Vüsalə Rafiqqızı bildirib ki, sonuncu zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb:
“Artıq orada prosesdə müəyyən qədər stabillik var. Mətbuat konfransında da qeyd etdiyimiz kimi, həmin təkandan sonra insanlarımız arasında təşviş, narahatlıq var idi ki, həmin gün zəlzələ yenidən təkrarlana bilərmi? Biz bu suala rəsmi şəkildə cavab vermişdik ki, hansısa güclü dalğa gözlənilmir. Afterşokların hiss olunanı da, olunmayanı da ola bilərdi. Bu günə qədər olmadı. Doğrudur, orada afterşoklar gedir, amma hiss olunanı olmadı. Yəni kiçik təkanlar oldu.
Xəzər dənizi seysmik baxımdan aktiv bölgədir. Ümumiyyətlə, yalnız Xəzər deyil, Azərbaycan özü seysmik baxımdan aktiv zonada olduğuna görə vaxtaşırı bizim ölkəmizin ərazisində hiss olunan, hiss olunmayan zəlzələlər baş verir”.
RSXM-in Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, insanlarımız birmənalı olaraq onu da qəbul etməlidirlər ki, heç kəs deyə bilməz ki, zəlzələ olmayacaq, yaxud olacaq:
“Dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Güclü zəlzələ riskinə gəlincə, güclü zəlzələlər maqnitudası 7-dən yuxarı olanlardır. Biz bunu fevralın 6-da qardaş Türkiyədə gördük. Sizinlə danışdığım ana qədər hansısa bir ərazimizdə güclü zəlzələ ilə bağlı anomaliya müşahidə etmirik. Amma yenə təkrar edirəm, hansısa xırda, hiss oluna bilən təkanlar həmişə ola bilər.
Bir daha insanlarımıza demək istəyirik ki, yalnız Azərbaycan seysmik bölgədə yerləşmir. Dünyanın 90 faiz əhalisinin yaşadığı ərazi seysmik baxımdan aktiv zonalardır. Bu da ondan irəli gəlir ki, həmin ərazilər kommunikasiya, içməli su mənbələri, yaşayış baxımından əlverişli yerlərdir”.
Vüsalə Rafiqqızı əhaliyə çağırış edib:
“İnsanlarımız da bu istiqamətdə özlərini maarifləndirsələr, yaxşıdır. Yəni zəlzələnin olmağı heç də o demək deyil ki, insanlarımız panikaya düşsünlər. Bizdə olan son zəlzələlər hiss olunan zəlzələlərdir. Yəni böyük, dağıdıcı zəlzələlər deyil. O baxımdan yenə də insanlarımıza müraciət edirik ki, başqa fikirlərə diqqət yetirməsinlər, verilən rəsmi açıqlamaları diqqətlə izləsinlər. Çünki hansısa rəsmi açıqlama verilirsə, onun arxasında həm böyük məsuliyyət, həm də böyük zəhmət dayanır. Gecə-gündüz bu kompleksdə tədqiqatlar gedir. Yerin maqnit sahəsindəki anomaliyalar, qravimetrik dəyişikliklər, geokimyəvi tərkibli süxurlarda baş verən dəyişikliklər kompleks şəkildə öyrənilir. Bunun da nəticəsi olaraq aktiv bölgədə hansısa zəlzələ baş verəndən sonra biz həmin ərazi ilə bağlı müəyyən fikirlər söyləyə bilirik.
Bizim həm rəsmi səhifəmiz, həm sosial şəbəkələrdə rəsmi səhifələrimiz var. Biz həm media ilə, həm vətəndaşlarımızla açıq şəkildə əməkdaşlıq edirik. Yəni hansısa məlumat rəsmi şəkildə verilirsə, onun arxasında böyük bir məsuliyyət dayanır. Ona görə də insanlarımız hətta hansısa bir təkan hiss olunanda belə, bir az təmkinli olsunlar, məlumatları izləsinlər. Maarifləndirici məlumatlara baxsınlar. İnsanlarımız özləri özlərini bir az maarifləndirsələr, hansısa hiss olunan təkanla bağlı o dərəcədə ajiotaj yaratmağa ehtiyac qalmayacaq. Çünki bizdə dağıdıcı zəlzələ baş verməmişdi, amma yayda da biz bunu gördük ki, insanlar çox panikaya düşdülər. Vətəndaşlarımızı nə narahat edirsə, bizə müraciət etsinlər, bizi izləsinlər. Biz insanlarımızı bu cür hadisələrə təmkinlə yanaşmağa dəvət edirik”.
![Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi](https://moderator.az/photo/213x120/2024/07/27/1722083013_47.jpeg)
![Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722082644_46.jpg)
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)