İran HƏMAS-a XƏYANƏT edir, Səudiyyə İsrailə... - İLGİNC DETALLAR
Gündəm
Oxunub: 2381
29 Nov 2023 | 18:52
İran HƏMAS-a XƏYANƏT edir, Səudiyyə İsrailə... - İLGİNC DETALLAR

İran ilə Qərb arasında münasibətlər gərgindir.

Bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkəcəyik. Məsələn, MSN-in (Microsoft Network) “Iran’s ‘axis of resistance’ to Israel begins to crack” (İranın İsrailə qarşı “müqavimət oxu” çatlamağa başlayır) adlı məqaləsində deyilir ki, bugünlərdə “Reuters” agentliyi belə bir xəbər yaydı ki, İranın ali lideri Ayətullah Əli Xameneyi HƏMAS rəhbəri İsmayıl Haniyəyə Tehranın onlara görə İsraillə müharibə etməyəcəyini bəyan edib. Bu açıqlama HƏMAS tərəfindən xəyanət kimi qarşılanıb. İran rejiminin Qüds Qüvvələrinin komandanı İsmail Qaani HƏMAS-ın ali hərbi komandiri Məhəmməd Deyfə məktub göndərərək naqolay vəziyyətdən çıxmağa məcbur oldu.

QANİ .png (608 KB)

İranda geniş təbliğ olunan məktubda Qaani teokratik rejimin münaqişəyə dəstəyini əsirgəyəcəyini təkzib edərək, “Müqavimət oxundakı qardaşlarınız sizinlə həmrəydir və düşmənə Qəzza və Fələstində öz qara niyyətinə çatmağa imkan verməyəcək. Bizi birləşdirən qardaşlıq vədimizin yanındayıq və sizi əmin edirik ki, bu tarixi döyüşdə əlimizdən gələni edəcəyik”.

İsmail Qaaninin döyüşkən ritorikasına baxmayaraq, görünür, Tehran Amerikanın İsrailə verdiyi dəstəyin intensivliyindən şoka düşüb. ABŞ dövlət katibi Antoni Blinkenin və prezident Co Baydenin Amerikanın İsraili birbaşa dəstəkləyəcəyinə söz vermək üçün Təl-Əvivə səfərləri ardınca nəhəng USS Gerald R. Ford təyyarədaşıyan gəmisi ilə yanaşı, digər hərbi gəmilərin donanma şəklində bölgəyə daxil olması Amerikanın qərarlı mövqeyindən xəbər verirdi. Bu, Ayətullah Əli Xameneyini prosesə daha praqmatik yanaşmağa təhrik etdi.

Tehranın HƏMAS-İsrail müharibəsində əsas məqsədi nə idi?

İsraillə yaxınlaşmaq istəyən Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və digər dövlətlərin imzaladığı “İbrahim razılaşması”nı pozmaq rəsmi Tehranın əsas məqsədi idi. İran buna nail oldumu?

QEZZA.jpeg (101 KB)

Qismən nail oldu demək olar. Niyə qismən? Noyabrın 11-də Ər-Riyadda keçirilən Ərəb Zirvə toplantısında “İsrailin Qəzza zolağına təcavüzü, müharibə cinayətləri və işğalçı hökumət tərəfindən vəhşi və qeyri-insani qırğınlar” pislənsə də, ərəb ölkələri bundan sonra İsraillə barışıq əldə etmək niyyətində olduqlarını bir daha bəyan etdilər. Bu bəyanat molla rejimini dərin təlaş hissi keçirməyə vadar etdi. Aydındır ki, Qəzzada müharibə başa çatdıqdan az sonra Səudiyyə Ərəbistanı başda olmaqla, bir çox ərəb ölkəsi İsrail ilə yarımçıq qalmış strateji xarakterli danışıqlara yenidən start verəcək.

Tehranın fundamentalist rəhbərliyi ilə İran xalqı arasında dərin bir uçurum var.

Xalq HƏMAS, İslami Cihad, Suriya prezidenti Bəşər Əsəd, Husilər, İraq milisləri və “Hizbullah” kimi qurumlara İran rejiminin külli miqdarda vəsait xərcləməsinin qəti əleyhinədir. İqtisadiyyatın çökdüyü və geniş yayılmış yoxsulluğun hökm sürdüyü İranda son ümummilli qiyam zamanı xalq bu kimi terror mərkəzlərinə İranın maliyyə yardımını pisləyən şüarlar səsləndirib. O da maraqlıdır ki, dünyanın müxtəlif şəhərlərində Fələstinə dəstək məqsədi ilə kütləvi nümayişlər keçirilsə də, İranda belə nümayişlər demək olar ki, olmayıb. Sadə iranlılar fələstinlilərə dərin rəğbət bəsləsələr də, İranı yoxsulluq həddinə çatdıran qəddar diktaturaya nifrət edirlər.

Sözügedən məqalənin müəllifi onu da vurğulayır ki, on milyonlarla iranlının molla rejimini devirmək üçün küçələrə çıxdığı etirazlardan sonra Xameneyi və “Tehran qəssabı” kimi tanınan prezident İbrahim Rəisiyə xalqın sonsuz nifrəti bir daha öz təsdiqini tapdı…

REİSİ.jpg (60 KB)

Gördüyünüz kimi, İran HƏMAS-a görə Qərblə vuruşmaq fikrində deyil. Bu müharibə nə İsrailə, nə də Ərəb ölkələrinə lazımdır, xüsusən Körfəz ölkələrinə lazım deyil. ABŞ başda olmaqla, Qərb də bu müharibədə maraqlı deyil. Ən azı ona görə ki, hazırda Qərb Ukraynada Rusiyaya qarşı proksi müharibə aparır. Hətta Qərb üçün də iki cəbhədə müharibə aparmaq son dərəcə ağırdır…

Almaniyaya yaxınlığı ilə tanınan “politico.eu” saytı “Iran is a direct threat to Europe” (İran Avropa üçün birbaşa təhlükədir) adlı məqalə ilə çıxış edib. Məqalənin müəllifi Henrik F. Rasmussen Qərbdə ictimai fikri formalaşdıran şəxslərdən biridir. O, sosial şəbəkələrdəki statuslarının birində belə yazır:

“Vladimir Putin hər gün dünyaya məsuliyyətsiz və əxlaqsız rejimlərin əlində olan nüvə silahının nə qədər təhlükəli olduğunu xatırladır. Qərb qumda möhkəm bir xətt çəkməlidir (yəni İran Qərbin onun üçün cızdığı xətdən kənara çıxmamalıdır) və Putinin iranlı əlaltılarının nüvə silahına sahib olmasının qarşısını almağa ciddi yanaşmalıdır və İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməməlidir”.

Müəllif deyir ki, Qərb İranı iqtisadi baxımdan təşviq etməklə problemi həll etməyə çalışdı. Bu isə yanlış yol idi. Çünki Tehranda mollaları həvəsləndirən ideoloji fanatizmi bu kimi iqtisadi təkliflərlə aradan qaldırmaq olmaz:

“Birləşmiş Ştatlar, Avropa və İsrailin regionda təhlükəsizlik problemlərini həll etmək əvəzinə “idarə etmək” üçün göstərdiyi uzun-uzadı səylər tam uğursuzluqla nəticələndi. İsrailin Qəzzada terrorçulara qarşı məhdud reydlərlə obrazlı desək, ara-sıra “çəmən biçmək” yanaşması yanlış siyasətin ən bariz nümunəsidir”.

Məqalədə deyilir ki, İsrail öz vətəndaşlarını qorumaq üçün indi HƏMAS-la əməlli-başlı məşğul olmalıdır. ABŞ və Avropa İsrailə bunun üçün lazım olan bütün dəstəyi verməlidir və Türkiyə, Qətər kimi ölkələrin HƏMAS-a verdiyi dəstəkdən imtina etməsi üçün diplomatik təzyiqlər də işə düşməlidir. Daha önəmlisi isə odur ki, HƏMAS-ın arxasında İsrail üçün daha böyük – mövcud olmaq təhlükəsi gizlənir ki, bu da bütövlükdə Qərbin təhlükəsizliyinə birbaşa təhdiddir. O təhdidi tərədən ölkə isə HƏMAS-ın arxasıdakı İrandır.

HEMAS SON.jpg (69 KB)

HƏMAS-ı dəstəkləyən və “İsrailə ölüm” və “Amerikaya ölüm” çağırışı etmək fürsətini heç vaxt qaçırmayan İran rejimi nüvə silahına doğru yoluna davam edir. Tehrandakı qabaqcadan səslənən şüarlar daha çox ABŞ-a yönəlsə də, reallıqda Avropa Amerikaya nisbətən daha çox İranın raketləri, dronları, terror şəbəkəsi, neft və qaz tədarükləri ilə bağlı təhdidlərə məruz qalır.

İranın düşmənçilik hərəkətləri artıq Avropaya birbaşa təsir edir. Rusiya bir ildən çoxdur ki, Ukraynaya qarşı İranın dronlarından istifadə edir və Ukraynanın hava hücumundan müdafiə sistemini və mülki infrastrukturunu gərginlik altında saxlayır. Tehran həmçinin yerli pilotsuz uçan aparatların istehsal potensialının artırılmasında Moskvaya fəal şəkildə kömək edir və potensial olaraq Rusiyaya 2025-ci ilin yayına kimi 6000-dən çox yeni hücumlar üçün pilotsuz uçan aparatlar istehsal etməyə yardım edir. Bu dronlar təkcə Ukrayna üçün deyil, həm də Rusiya ilə həmsərhəd olan hər bir NATO ölkəsi üçün təhlükədir.

Bundan əlavə, İranın təhdidedici mövqeyi və Yaxın Şərqdə İrana bağlı proksi-terrorçu qrupları dəstəkləməsinin Avropa üçün yaratdığı ciddi iqtisadi təhlükə var.

QEZZA EN SON.jpg (100 KB)

Oktyabrın 7-də baş verən hücumlar İsrailin Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırmasına səbəb oldu, çünki o, Qəzzadan hədəf alına biləcək raket hücumları zonasında yerləşirdi və bu da öz növbəsində Avropada dərhal qiymət artımına səbəb oldu. Bu qiymət artımı bir yana, İranın özü Hörmüz boğazını bağlamağa cəhd edir, dünyada gündəlik tədarük olunan neftin beşdə biri bu boğaz üzərindən ixrac olunur. Livandakı Hizbullah və Yəməndəki Husilər kimi digər İrana bağlı terrorçu qruplar da vəziyyəti mürəkkəbləşdirir.

Avropa İran rejiminin söz azadlığı, dini dözümlülük və qadın hüquqları kimi fundamental Qərb dəyərlərinə qarşı ifrat ideoloji düşmənçiliyinə də göz yuma bilməz. 1989-cu ildən bəri başının üstündə İran fətvası olan yazıçı Salman Rüşdiyə qarşı keçən ilki hücumu alqışlayan İran Avropada və ABŞ-da müxalif düşüncəli insanları oğurlamaq və qətlə yetirməkdən belə çəkinmir. Əgər qarşısı alınmasa, İran rejiminin konkret şəxsləri hədəfə alması bizim söz azadlığı ilə bağlı dəyərimizə mənfi təsir edəcək.

Nəhayət, qabaqcıl raket texnologiyası ilə yanaşı, nüvə silahına sahib olmaq İran rejimini güc verəcək, onu daha da cəsarətləndirəcək. Nəticədə İran təkcə İsrailə qarşı deyil, həm də Avropanı nüvə hücumumdan doğacaq qiyamət günü ilə təhdid edir. İran indi nüvə silahı yaratmağa həmişəkindən daha yaxındır. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutundakı həmkarım Devid Olbrayt hesab edir ki, İran cəmi 6 aya “çirkli” nüvə silahı yarada bilər, halbuki kütləvi istehsal olunan raketlə çatdırıla bilən nüvə başlıqları üçün infrastrukturun qurulmasına təxmin edilən vaxt 2 ildir. Bəllidir ki, Rusiya öncə İranın nüvə silahına malik olmasına etiraz edirdi. İndi isə Qərb tərəfindən dalana dirənmiş Rusiya nüvə silahı əldə etmək üçün İrana yardım edir. Çünki rəsmi Moskvanın seçim imkanları son dərəcə məhduddur. İranla 2015-ci ildə əldə olunmuş nüvə sazişi – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) Qərbin bu nüvə təhlükəsini “idarə etmək” və böyük böhrandan qaçmaq cəhdi idi. Razılaşma İran rejiminin rasional oyunçu olmasına hesablanmışdı, düşünülürdü ki, İran “kökə və qamçı” gedişlərinə həssaslıq nümayiş etdirəcək. İranın HƏMAS-ın İsrailə qarşı vəhşi hücumlarına dəstək verməsi bu ehtimalı təkzib etdi. İqtisadi təşviqlər Tehrandakı mollaları motivasiya edən ideoloji fanatizmi üstələməyəcək və bu, İsrail, Avropa və ABŞ-ı yalnız bir seçim qarşısında qoyur: İrana hərbi, iqtisadi və diplomatik təzyiqi maksimum dərəcədə artıraraq “yalnız kötək” siyasətinə keçmək lazımdır.

Lakin ABŞ və İsrail İranla hərbi baxımdan məşğul olmaq üçün Avropadan daha yaxşı mövqedə olsalar da, Avropa ölkələri İrana iqtisadi və diplomatik təzyiq göstərmək üçün əhəmiyyətli gücə malikdir.

İranın nüvə proqramına dair razılaşmanın tərəfləri olan Fransa, Almaniya və Böyük Britaniya, Birləşmiş Millətlər Təşkilatının bu razılaşmadan əvvəl İrana qarşı sanksiya rejimini bərpa edərək, “geriyə dönüşü” başlatmaq səlahiyyətinə malikdir. Əhəmiyyətli olan odur ki, nüvə razılaşmasından geriyə dönüşlə İrana qarşı oktyabr ayında müddəti başa çatmış raket embarqosunu bərpa etmək olar. Bu, Rusiya və başqalarının İranın müasir raketlərin hazırlanmasına qanuni yardım göstərməsinə mane olardı. Bu, həmçinin İranın Rusiyanın pilotsuz təyyarələr proqramına dəstəyini təhlükə altına qoyardı. Üstəlik, razılaşmadan geriyə dönüş etməklə əvvəl qüvvədə olan İranın gəmiçilik, bankçılıq və enerji sektorlarına sarsıdıcı Avropa sanksiyalarının tətbiqinə yenidən yol açılardı.

Müəllif qeyd edir ki, belə bir sanksiya hücumu daha sonra Avropa və Amerikanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məsələsində ortaq məxrəcə gəlməsini təmin edərdi. Söhbət nədən gedir? 2019-cu ildə Amerika Donald Trampın prezidentliyi dönəmində İsrailin baş naziri Benyamin Netanyahunun xahişi ilə SEPAH-ı terrorçu təşkilat kimi tanıdı. Avropa İttifaqı isə SEPAH-ı terrorçu təşkilat kimi tanınmır. Yəni bu məsələyə baxışda Qərbdə fikir ayrılığı var. Məsələn, HƏMAS və ya Hizbullah həm ABŞ, həm də Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır. Müəllifin mövqeyi belədir ki, İrana bağlı terror təşkilatlarının hamısına SEPAH təlim keçir, onları ayaqda saxlayır. Ona görə də SEPAH-ın Aİ tərəfindən terror təşkilatı kimi tanınması gərəkir.

SEPAH.jpg (178 KB)

Bu arada isə ABŞ qanunvericiləri “Konqres tərəfindən indiyə qədər təklif olunan İran üçün ən sərt sanksiyalar paketi” kimi təsvir edilən sənədi təqdim ediblər. Avropanın oxşar tədbirləri həyata keçirməsi İrandan gələn təhlükənin qarşısını almağa kömək edərdi. Düşmənlərimiz Qərbi parçalamaq üçün əllərindən gələni etdikləri bir vaxtda İsraillə transatlantik birliyin və həmrəyliyin çoxdan gözlənilən müsbət əlaməti olardı.

Bütün bunlar “politico.eu” saytının yazdıqlarıdır. Gün kimi aydın olan odur ki, İran Livan, Suriya, İraq, Yəmən, Fələstin kimi ölkələrdə yaratdığı proksi-qruplar vasitəsi ilə Qərbə meydan oxuyur. Tutaq ki, HƏMAS ilə İsrail arasında gedən müharibə dayandırıldı. Ancaq bəri başdan bəllidir ki, İran Yaxın Şərqdə istədiyi vaxt yenidən müharibəyə başlaya bilər. Fakt budur ki, Qərb İranı ram edə bilmir. Təkcə İsrail yox, Körfəz ölkələri də Yaxın Şərqdən hegimonluğa can atan İran tərəfindən təhdid edilir. Bir önəmli məqam da var: indi İsraili təkcə Qəzzadan deyil, Livandan, Suriyadan və Yəməndən də raketlərlə hədəfə almaq mümkündür.

MUHAR.jpeg (102 KB)

Belə bir fonda Azərbaycanın Qərb üçün dəyəri birə beş artır. Qərb yaxşı bilir ki, İran əhalisinin ən azı yarısı türkdür. II Qarabağ Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfərdən sonra İranda yaşayan azərbaycanlılar arasında milli düşüncə intibah dövrünə qədəm qoyub. İranda yaşayan digər etnik qruplar-kürdlər, ərəblər, bəluclar da İranın molla rejimindən son dərəcə narazıdır. İranda sünni-şiə ayrımçılığından irəli gələn qarşıdurma da son dərəcə güclüdür. Etnik və dini zəmindən kənarda da vəziyyət yaxşı deyil. Qərb mətbuatında vurğulanan kimi, molla rejimi İrandan kənardakı terrorçu qruplara ciddi şəkildə maliyyə dəstəyi verir. Halbuki İranın 80 milyonluq əhalisi ac-yalavac vəziyyətdə yaşayır. Təsadüfi deyil ki, İranda tez-tez və amansızlığı ilə seçilən üsyanlar olur. Repressiya maşını bütün gücü ilə işləsə də bu kimi üsyanlarla bütün İranı əhatə edir və aylarla geniş kütlələri küçə və meydanlarda saxlayır. Molla rejimi milyonlarla insanı “İsrailin agenti” adlandırmaqla öz barbar idarəçiliyinə bəraət qazandırmağa çalışır.

Əlbəttə, Azərbaycan Qərb üçün son dərəcə strateji bir ölkə olmasının fərqindədir və bu məqamdan son dərəcə səmərəli şəkildə yararlanmağa çalışır…

Elbəyi Həsənli, SÜRİX

Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı