“Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş tarixi ərazilərini öz gücü hesabına hərbi-siyasi yollarla azad etməsi, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ermənipərəst qüvvələri ciddi narahat edir. Ermənistanın ötən yüz ildə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini görməzlikdən gələn qüvvələr son vaxtlar Azərbaycana qarşı əsassız, riyakar və məntiqdən uzaq ittihamlar səsləndirirlər. Fransa kimi neokolonist bir dövlətin seperatçı və militarist addımı, Hindistanın hərbi dəstək təşəbbüsündən, Niderlandın Avropa Birliyini İrəvana hərbi dəstək verməyə çağırmasından, bəzi qitə ölkələrinin əleyhimizə qətnamələr qəbul etməsindən sonra Ermənsitana “dəstək” karvanına Kanada da qoşulduğunu göstərdi. Qeyd edək ki, Kanada xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta həddini aşaraq rəsmi Bakını sanksiyalarla hədələyib. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın tutduğu bu riyakar mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkkürünün məhsuludur”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, M.Colinin XİN başçısı kimi səriştəsizliyi - Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Əlbəttə, bu hadisə ilk dəfə baş verir. Meloni Coli bundan öncə də səsləndirdiyi cəfəng fikirlərlə erməni lobbisinin əlaltısına çevrildiyini göstərmişdi. Maraqlıdır ki, Azərbaycana qarşı əsassız iddialarla çıxış edən müxtəlif dövlətlərin rəsmilərinin öz dövlətlərinin tarixindən sanki xəbərləri yoxdur ya da məqsədli şəkildə bu cür isterik hərəkətlərə yol verirlər.
Millət vəkili T.Cəfərova qeyd edib ki, Kanada uşaq qatili ölkədir. Bu qatil ölkə yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurmuşdur. Sadəcə bir faktı qeyd etmək bu ölkənin qatil imicinin hansı səviyyədə olduğunu sübut etməyə kifayətdir. İki il öncəKanadanın müxtlif şəhərlərindəki katoliklərə aid internat məktəblərinin həyətindən, birindən 182 , digərindən 751, başqa birindən də 215 uşaq məzarı aşkarlanmışdı. Kütləvi məzarların müasir həyata inteqrasiya adıyla zorla internata cəlb olunan yerli hinduların uşaqlarına aid oduğu bildirilmişdi. Bu fakt onu deməyə əsas verir ki, Ermənistan Qafqaz kimi çoxkonfesional bölgədə monoetnik dövlət qurduğu kimi Kanada da yerli xalqlara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirmişdir. Bu baxımdan Kanadanın Ermənistana münasibətdə canfəşanlığının eyni qatil xislətdən irəli gəldiyini desək yanılmarıq.
Bütün bunları nəzərə alaraq deməliyik ki, Kanadanən Azərbaycana qarşı hər hansı bir sanksiyadan danışması gülüncdür. Onun bu cəfəng fikirləri coğrafiya bilmədiyinin və ölkəsi üçün strateji əhəmiyyətli məsələlərdən də bixəbər olduğunu deməyə əsas verir. Ona görə ki, Kanadanın Azərbaycanın beynəlxalq miqyada maraqlarına qarşı heç bir təsir imkanı yoxdur. Əksinə Azərbaycan istədiyi vaxt Kanadaya qarşı tədbirlər görə bilər. Beləki, Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə Azərbaycan vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır.Bu gün Azərbaycanın Kanadaya heç bir ehtiyacı yoxdur. Kanadanın, Fransanın, Hindistanın timsalında digər ermənipərəst dövlətlər və güclər başa düşməlidir ki, Azərbaycanla ultimatum və diktə üslubunda danışmaq, təhdid etmək heç bir fayda verməyəcək. Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb və dünyanın aparıcı güc mərkəzləri bu reallığı qəbul edib. Adını çəkdiyimiz dövlətlərin ermənipərəst mövqeyi sadəcə olaraq onların seperatist xislətinin ifşasıdır. Millət vəkili Tamam Cəfərova belə deyib.