Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan müğənni ilə əlaqə saxlayıb - YENİLƏNİB + FOTO/VİDEO
Gündəm
4941
07 Oct 2023 | 16:17

Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan müğənni ilə əlaqə saxlayıb - YENİLƏNİB + FOTO/VİDEO

“İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı dörd nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.

14:35

“Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır”.

APA xəbər verir ki, onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır.

Xatırladaq ki, dünən İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi bu gün səhər saatlarında HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilib.

14:11 

İsraildə konsert proqramı ilə çıxış edən azərbaycanlı müğənni çətin vəziyyətə düşüb. 

Moderator.az xəbər verir ki, ölkəmizi “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi bu barədə özünün “Instagram” hesabında paylaşım edib.

“Bu gün səhər saatlarından başlayaraq İsrailə hücum edilib. 5 000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enək. İnşallah hər şey keçər”, - deyə müğənni sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əviv şəhəridədirlər. Onlar ötən gün konsertdə iştirak etmək üçün bu ölkəyə yollanıblar.

 

Link kopyalandı!
Son xəbərlər