Vaqif Xaçaturyanın Birinci Qarabağ Müharibəsində qeydə alınan görüntüsü yayılıb - FOTO
Gündəm
1970
29 Jul 2023 | 23:54

Vaqif Xaçaturyanın Birinci Qarabağ Müharibəsində qeydə alınan görüntüsü yayılıb - FOTO

Vaqif Xaçaturyanın Birinci Qarabağ Müharibəsində qeydə alınan görüntüsü yayılıb.

Azərbaycanlılara işgəncə verib amansızlıqla öldürən bu cani bu gün saxlanıldı.

Qeyd edək ki, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək.

 

Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər