“Azərbaycan-ABŞ münasibətləri bu gün olduğu kimi, gələcəkdə də yüksək səviyyədə olacaq”
Gündəm
1561
05 Jul 2023 | 15:27

“Azərbaycan-ABŞ münasibətləri bu gün olduğu kimi, gələcəkdə də yüksək səviyyədə olacaq”

“İyul ayının 3-də cənab Prezident İlham Əliyev ABŞ prezidenti C.Baydenə Amerikanın milli bayramı-Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişafı, iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri barədə mühüm mesajlar əksini tapmışdır. Məktubda qeyd olunduğu kimi Azərbaycan və ABŞ arasında münasibətlər bir çox istiqamətlər üzrə yüksək səviyyədə inkişaf etmiş, bir sıra sahələr üzrə strateji müttəfiqlik səviyyəsinə çatmışdır”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, cənab Prezidentin məktubunun birinci hissəsində beynəlxalq terrorizmə qarşı iki ölkənin birgə fəaliyyəti  Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər baxımından səciyyələndirici amil olduğu qeyd olunmuşdur. Şübhəsiz ki,terrorizmə qarşı qlobal mübarizə dünyada baş verən mürəkkəb proseslər fonunda olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan deməliyik ki, Azərbaycan Qarabağda həyata keçirdiyi antiterror əməliyyarları sayəsində Cənubi Qafqaz regionununda təhlükəsizliyin  təmin olunmasına mühüm töhfə vermişdir.

 

Xüsusilə qeyd etməliyik ki, məktubun ikinci hissəsində enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır. Belə ki, ABŞ, Azərbaycanı enerji sahəsində həyata keçirdiyi bütün transmilli layihələrdə dəstəkləmişdir. Əlbəttə, ABŞ-ın dəstəyini ölkəmiz yüksək qiymətləndirir. Şübhəsiz ki, ABŞ-ın Azərbaycana enerji sahəsində dəstək göstərməsində ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dünyanın enerji xəritəsinə köklü dəyişikliklər etdiyi artıq bir reallığa çevrilmişdir. Ölkəmiz enerji təhlükəsizliyi məsələlərində dünyada aparıcı aktora çevrilmişdir. ABŞ-la yanaşı dünyanın böyük dövlətləri, aparıcı beynəlxalq təşkilatları bu reallığı qəbul etmişdir.

 

Həmçinin, onu da qeyd etməliyik ki, hazırda Cənubi Qafqazda sühlün təmin olunması üçün əlverişli imkanlar formalaşmışdır. ABŞ, Ermənistan-Azərbaycan münasibətlərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh müqaviləsinin hazırlanmasında  səy göstərir. Azərbaycan, ABŞ-ın bu səylərini yüksək qiymətləndirir. Şübhəsiz ki, ABŞ-ın davamlı sülhün təmin olunması istiqamətində səy göstərməsi ölkələrimiz arasında münasibətlərin dimanikasına müsbət təsir edir. Xüsusilə qeyd edək ki, iyun ayının 27-29 tarixlərində ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş regionda savamlı sülhün təmin olunması üçün əhəmiyyətli olmuşdur.  Dövlət katibi E.Blinken Vaşinqtonda baş tutan görüşlərdə sülh sazişinin bəzi maddələri üzrə razılaşmaların əldə olunduğunu deyib. Nazirlər ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da bir araya gələrək, regional məsələləri müzakirə ediblər. Əldə olunan müsbət nəticələr ABŞ-nin regionda sülhün bərqərar olmasında maraqlı olduğunu, eləcə də, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına töhfə vermək niyyətində olduğunun göstəricisidir.

 

Fikirlərinin davamı olaraq millət vəkili T.Cəfərova bildirib ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ münasibətlərinin yüksək inkişaf potensialı iki ölkə arasında münasibətlərin gələcəkdə də yüksək səviyyədə olacağını deməyə əsas verir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər