“Prezident İlham Əliyev xalqa verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir güclü bir liderdir”
Gündəm
3379
11 Apr 2023 | 16:10

“Prezident İlham Əliyev xalqa verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir güclü bir liderdir”

“11 aprel 2018-ci il növbədənkənar Prezident seçkilərindən 5 il ötür. Növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyev səslərin 86,02%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Əlbəttə ki, bu Prezident seçkilərinin ötən seçkilərdən əsas fərqi o idi ki, bu dəfə seçilən namizəd Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini 7 il müddətinə həyata keçirəcək. Məs buna görə də, Azərbaycan xalqı yenə də ən güvəndiyi namizədinə səs verdi. Ötən 5 il hər birimizə göstərdi ki, Azərbaycan xalqı seçimində haqlıdır. Cənab Prezident İlham Əliyev aprel ayının 18-dəki andiçmə mərasimində gələcək 7 ildə həm beynəlxalq sahədə, həm bölgələrimizin möhkəmləndirilməsi, həm də siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı məsələlərin dövlətin siyasətinin prioritet istiqamətlərini təşkil edəcəyini demişdi. Bunlarla yanaşı, korrupsiya qarşı mübarizənin daha gücləndiriləcəyi, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılacağını, dövlət quruculuğu və kadr siyasəti sahəsində köklü islahatların aparılacağını da qeyd etmişdi. Ötən 5 il onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amilləri xüsusilə qeyd etmək lazımdır. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. Sadəcə 2018-ci ildən bu günə qədər ötən dövrü analiz etmək onu deməyə əsas verir ki, İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir. Bu nöqteyi-nəzərdən ilk öncə Qarabağ münaqişəsinin həlli istiqmaətində beynəlxalq hüquqi bazanın formalaşdırılması üçün atılan addımları qeyd etməliyik. Əlbəttə bu sahədə əldə olunan bütün uğurların mərkəzində İlham Əliyev şəxsiyyəti və onun prinsipial mövqeyi dayanır. Məs bu qətiyyətin və müdrik siyasətin  sayəsində Azərbaycan xalqı tarixində görülməmiş birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın düşmən işğalında azad olunmasına nail oldu. Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığı böyük qələbəmizin özülünü formalaşdırdı.

 

Eyni zamanda onu da qeyd etməliyik ki, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, ordumuzun təchizatının ən yüksək səviyyədə olması, həmçinin ordunun döyüş qabilliyyətinin V nəsil müharibə adlandırılması, bütün bunlar cənab Prezident İlham Əliyevin geniş masştablı siyasətinin nəticəsidir. Bu sayədə, 44 günlük Vətən Müharibəsi dünya hərb tarixinin önəmli səhifələrindən birinə çevrildi. Təsadüfi deyil ki, Azərbaycanın apardığı yeni nəsil müharibə dünyanın aparıcı dövlətləri tərəfindən, eləcə də NATO ölkələri tərəfindən öyrənilir. Bütün bunlarla yanaşı, cənab Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə yürütdüyü siyasət də Vətən Müharibəsində olduğu kimi tarixə qızıl hərflərlə yazılacaq. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev pandemiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüskarlıq göstərmiş liderlərdən biri kimi yaddaşlarda qalacaq.

Bütün bunlarla yanaşı, cənab Prezidentin ötən  10 illik fəaliyyətində təqdirəlayiq bir neçə məqamı da vurğulamalıyıq. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.

 

Əlbəttə ki, əldə olunan uğurlara nəzər yetdirdikdə bütün bunlar üçün 5 ilin çox az bir vaxt olduğunu görürük. Lakin, bu qısa zaman kəsiyində qazanılmış uğurlar müasir Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Və bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətini və xalqını işıqlı gələcəyə aparacaq əvəzolunmaz Liderdir. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

Link kopyalandı!
Son xəbərlər