Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycan parlamentinin üzvü, millət vəkili Fazil Mustafanın avtomat silahla güllələnməsi terror aktıdır. Bu addımı qətiyyətlə pisləyir və lənətləyirəm”.
Moderator.az xəbər verir ki, bunu Missiya.az-a Şimali Makedoniya türklərinin lideri, Şimali Makedoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının sədri Enes İbrahim deyib.
O bildirib ki, millət vəkilinin öldrülməsinə cəhd olsa da, xoşbəxtlikdən o sağ qalıb: “Azərbycan təhlükəsizlik və hüquq mühfizə orqanlarının gücü və peşəkarlığı xarici ölkələrə də məlumdur. Ona görə də terrorçuların tez bir zamanda həbs olunacağı və sifarişin hansı güclər tərəfindən verildiyinin ortaya çıxarılacağına inamımız tamdır”.
Enes İbrahim əlavə edib ki, Azərbaycan güclü dövlətdir, müstəqil siyasət yürüdür və bölgədə söz sahibidir: “Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində Azərbaycanın nüfuzu dünyada artıb. Təbii ki, Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələr var. Onlar hər vəchlə Azərbaycanın önünü kəsmək və ölkədə sabitliyi pozmağa çalışırlar. Biz, bunu kənardan görür və anlayırıq. Amma onlar unutmasınlar ki, Azərbaycan artıq xarici təhdidlərə boyun əyəcək bir ölkə deyil. Azərbaycan çox güclü beynəlxalq əlaqələrə malikdir. Ona görə də bu cür terror aktları ilə heç nəyə nail ola bilməyəcəklər və cəzalarını alacaqlar. Fazil Mustafaya Allahdan şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzu edirəm!”