Güllələr haradan və kimə atılır? - Musa Urud yazır
Gündəm
Oxunub: 3790
29 Mar 2023 | 13:14
Güllələr haradan və kimə atılır? - Musa Urud yazır
Tanınmış ictimai- siyasi xadim, millət vəkili və partiya sədri Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd çirkin bir terror aktı, Azərbaycan dövlətinə qarşı planlaşdırılan və icra olunan ağır cinayət əməlidir. 
 
Heç şübhəsiz ki, bu terror Fazil bəyin ictimai- siyasi fəaliyyəti ilə bağlıdır və ölkədə ictimai asayişi, sabitliyi pozmaq, xof yaratmaq, haqqı deyənləri, milli maraqları müdafiə və təbliğ edənləri qorxutmaq və susdurmaq niyyəti güdür. Fazil Mustafa tanınmış, təcrübəli, parlaq ictimai- siyasi xadim  olmaqla, bütün fəaliyyəti şəffafdır, şəxsi planda özünün və ailəsinin düşməni yoxdur, biznes fəaliyyəti ilə məşğul deyil, kriminal aləmlə əlaqəsi yoxdur. Deməli, ona atılan güllələr onun siyasi mövqeyindən və fəallığından narahat və narazı olan qrupun, qüvvənin, təşkilatın, dövlətin cinayət əməlidir. 
 
Cinayətin vaxtının və yerinin seçilməsi, atəşin " Kalaşnikov" avtomat silahından atılması terrorun qətl məqsədi ilə düşünüldüyündən və həyata keçirildiyindən xəbər verir. Sadəcə, Allah Fazil bəyi qoruyub. 
 
Hər bir cinayət hadisəsinin araşdırılmasında onun motivinin düzgün müəyyənləşdirilməsi əsas rol oynayır. Fikrimcə, bu cinayətdə əsas məqsəd Fazil bəyin fiziki olaraq aradan götürülməsi ilə yanaşı, bəlkə də, daha çox ölkədəki ictimai sabitliyə təhdiddir. 
 
Azərbaycanın son illər, xüsusi ilə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə əldə etdiyi uğurlar, müstəqil və yalnız milli maraqlara söykənən siyasət aparması, bölgədə güc və söz sahibinə çevrilməsi bəzi dövlətləri, siyasi- hərbi gücləri çox pərişan etmişdir. 
 
İndi Azərbaycan öz tarixinin ən məsuliyyətli, şərəfli, eyni zamanda riskli taleyüklü zamanını yaşayır. Bu dövrü yalnız müstəqilliyimizin ilk illəri ilə müqayisə etmək olar. O dövrdə də Azərbaycan müxtəlif dövlətlərin və güclərin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu bir geo- politika meydanı idi. Məhz o illərdə ölkəmiz çoxsaylı terror hücumuna və qəsdinə məruz qalmışdı. Məhz o illərdə bir neçə dəfə dövlət çevirilişinə cəhd göstərilmiş,  Prezident Heydər  Əliyevə qarşı 3 dəfə sui- qəsd cəhdi olmuş, Azərbaycanda millət vəkilləri Eldar Bağırov, Afiyəddin Cəlilov, Əli Ansuxski və Ziya Bünyadov bir- birinin ardınca qətlə yetirilmişdi.
 
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi, təcrübəsi, müdrikliyi və şəxsi cəsarəti və xalqın Ona inamı sayəsində bütün terror və sui- qəsd cəhdlərinin qarşısını almaq, ictimai sabitliyi və asayişi bərpa etmək, dövləti qurmaq və möhkəmləndirmək mümkün olmuşdur.
 
Millət vəkilinə qarşı 28 mart tarixində gecə saat 21.51 dəqiqədə törədilən terror aktından bir az qabaqkı hadisələri geriyə sayım qaydasında xronoloji ardıcıllıqla göz önündən keçirək: 
 
- Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü;
 
- Bizə dost ölkə olan İsraildə səfirliyimizin açılması;
 
- Bu il Ramazan ayının başlanması fətvasının fərqli qaydada verilməsi;
 
- "Bravo" marketdə avtomat silahla törədilən terror cinayəti;
 
- Tehranda səfirliyimizə terror hücumu nəticəsində bir əməkdaşımızın öldürülməsi, ikisini yaralanması;
 
- İranın "Zəngəzur dəhlizi"nin açılmasına qətiyyətlə qarşı çıxması, bunu öz maraqlarının "qırmızı xətti"adlandırması (qırmızı qan rəngidir);
 
- İranın Qafanda heç bir zərurət olmadan konsulluq açaraq qonşuluq münasibətlərini sıfıra endirməsi;
 
- Azərbaycan eko - fəallarının Qarabağda üç aydan artıq davam edən dinc, dirənişli və effektli mübarizəsi,  Qarabağ ermənilərinə İrəvandan silah- sursat və terrorçu dəstəyinin qarşısını kəsilməsi;
 
- Rusiyanın avanturist layihəsi olan "Ruben Vardanyan oyunu" nun pozulması;
 
- Fransanın ermənipərəst siyasətinin Azərbaycan uctimaiyyəti tərəfindən pislənməsi və cənab prezident İlham Əliyevin  müxtəlif beynəlxalq səviyyələrdə dönməz və cəsarətli siyasi iradə nümayiş etdirməsi;
 
- Postmüharibə dövründə Ermənistanın mina terroru və digər hərbi cinayətlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun qətiyyətli manevrləri sayəsində bir çox strateji yüksəkliklərin nəzarətə götürülməsi və s.
 
Yuxarıda qeyd olunan xüsusatların hər biri  millət vəkilinə xain terror hücumuna səbəb ehtimalı kimi araşdırılmalıdır və yəqin ki, araşdırılacaqdır. 
 
Yəqin ki, cinayət motivləri araşdırılarkən Fazil Mustafanın sosial şəbəkələrdə 5- ci kolona, antimilli şuraya, dini xurafata, irançı təfəkkürə xidmət edən şiə fundamentalizminə, cəhalətə qarşı davamlı, sistemli və haqlı mübarizəsini də göz ardı etmək doğru olmazdı. 
 
İstənilən halda, Fazil bəyə atılan güllələr Azərdbaycan dövlətinə, milli müstəqilliyimizə və birliyimizə açılmış xain atəşidir.
 
 Bu güllələr sivil müzakirələrdən qorxan nadanların mədəniyyətə, ağıla, biliyə, tərəqqiyə, elmə, təhsilə qarşı cinayətidir. 
 
Fazil bəyə atılan güllələr haqqa, ədələtə, imana, islamın dəyərlərinə qarşı terrordur. Mən Fazil bəyi parlamentdə yaxından tanımlşam və onun nə qədər dürüst əqidəli, inanclı və inamlı bir insan, dərin biliyə malik milli ziyalı, xalqını və dövlətini təmənnasız sevən Vətən oğlu olduğunu bilirəm. Fazil bəy ardıcıl şəkildə və vicdanlı məsuliyyətlə öz seçicilərinin maraqlarını qoruyan, etimadını doğruldan, qanun yaradıcılığı ilə yaxından məşğul olan, Avropa Şurasında Azərbaycanı ləyaqətlə təmsil edən ən fəal deputatlarımızdan biridir.
 
Terror hücumundan  bir azca qabaq, saat 21.28 dəqiqədə Fazil bəy mənə zəng vurmuşdu. İftar süfrəsindən gəlirdi, hələ evinə çatmamışdı. Bir az bu günlərdə yazdığı yazılardan danışdıq, zarafatlaşdıq, sonra isə bu günlərdə birlikdə bir iftar süfrəsi təşkil edib ehtiyacı olan inanclı insanlarımızla bir araya gələcəyimizin detallarını müzakirə etdik. 
 
İnternetdə bir az önca telefonda danışdığımız Fazil bəyin güllələnməsi xəbərini oxuyanda, əvvəl inanmadım, təxribatçı məlumat ola biləcəyini düşündüm. Telefonunu ylğdım, əvvəl xətt məşgul göstərdi, sonra zəng çatmadı. Ortaq dostlarımızı aradım. Hamı şokda idi. Qüdrət bəy nəhayət, qardaşı Nazim müəllimlə danışa bildi, təcili yardım maşını ilə stasionara götürüldüyünü öyrəndik.
 
 Şükür ki, düşmən niyyətin çatmadı, Fazil bəy əmıliyyat olundu, yaralarına və çoxlu qan itirməyinə baxmayaraq idmançı bədəni möhkəmdir və qısa müddətdə sağlamlığı tam bərpa olunacaqdır. 
 
Dünən gecə mən 1 saylı Klinik Mərkəzin qarşısında böyük izdihamın toplaşdığını gördüm. 
 
İzdihamdakı insanların çoxu bəlkə də, Fazil Mustafanı şəxsən tanımırdılar. O insanlar əsil Vətəndaşlarımız olaraq Dövlətə atılan gülləyə,  terrora etiraz edərək gəlmişdilər. Haqqın yanında olduqlarını bəyan etmək üçün, dövlətə, cənab Prezidentə dəstək üçün milli birliyimizi nümayiş etdirərək gəlmişdilər.
 
Əminəm ki, bu mənhus cinayəti törədənlər, təşkil edınlər və sifariş verənlər qısa müddətdə tapılacaq və layiqli cəzasını alacaqdır.
 
Azərbaycan düclü dövlətdir, ölkədə olduqca möhkəm və etibarlı Prezident- Xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz. 
 
Sonda, bir daha hörmətli dostumuz Fazil bəyə tezliklə sağalmağını arzulayır, əzizlərinə  dostlarına yaşadığımız sarsıntı keçmiş olsun,- deyirəm.
 
Musa Urud,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:36, Bu gün
Moskva-Vladiqafqaz reysinin sərnişin qadını Ukrayna dilində kitab oxuduğuna görə saxlanılıb
00:20, Bu gün
"Bütün bayramlarımız bu gündən sonra gəlir, bütün bayramlarımız bu günün övladı sayılır"
00:15, Bu gün
Türkiyə Səfirliyi: "Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq"
00:00, Bu gün
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
27 May 2023 | 23:45
Türkiyəli aktrisa Kann Festivalında ən yaxşı qadın oyunçu seçildi
27 May 2023 | 23:41
Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”
27 May 2023 | 23:40
Alla Puqaçovanın sonuncu ailə üzvü Rusiyanı tərk edib...
27 May 2023 | 23:32
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib
27 May 2023 | 23:23
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 23:14
Prezident Laçının Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub
27 May 2023 | 23:10
Şahbaz Şərif: “Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək”
27 May 2023 | 23:04
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 23:01
Uraz jurnalistləri döyüb?
27 May 2023 | 22:55
Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı
27 May 2023 | 22:50
Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində möhkəm əlaqələr qurub”
27 May 2023 | 22:40
Makron Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 22:31
Azərbaycan Prezidenti “Laçın” şəhər yarımstansiyasının açılışını edib
27 May 2023 | 22:28
"Azadlıq virusu" heç də məhv edilməyib, yüzminlər azadlıq uğrunda və müharibə əleyhinə çıxmaqdan çəkinmir..."
27 May 2023 | 22:22
Dövlət başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub
27 May 2023 | 22:15
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
27 May 2023 | 22:12
İmişlidə yolu keçən məktəbli qız ölümdən döndü - FOTO/VİDEO
27 May 2023 | 22:05
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub
27 May 2023 | 22:00
Laçının Qorçu qəsəbəsinin təməli qoyulub
27 May 2023 | 21:50
NATO və Rusiya arasında olan Azərbaycan: Düzgün balansı saxlamaq mümkün olacaqmı?
27 May 2023 | 21:43
Bakıda yol qaydalarını pozan sürücü saxlanıldı: Maşınından heroin çıxdı - FOTO/VİDEO
27 May 2023 | 21:40
İrəvanın mərkəzində qondarma “erməni soyqırımı”na aid sənədlər yandırıldı?..-VİDEO
27 May 2023 | 21:34
Sabirabadda ev yanıb
27 May 2023 | 21:30
Aqil Nağıyev: “Azərbaycanda ilk dəfə uşaqlara qarşı zorakılıq əleyhinə film çəkilib”
27 May 2023 | 21:21
Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib
27 May 2023 | 21:05
Prezident İlham Əliyev Müstəqillik Günü ilə bağlı paylaşım edib
27 May 2023 | 21:02
Alimlər otaq bitkiləri ilə onkologiya arasında əlaqəni aşkar edib... - MARAQLI
27 May 2023 | 20:47
İranla Əfqanıstan sərhədində atışma baş verib - VİDEO
27 May 2023 | 20:38
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub
27 May 2023 | 20:34
İranın Güney Azərbaycanı parçalamaq siyasəti - VİDEO
27 May 2023 | 20:33
Azərbaycanda ilk şəxsi kitabxanalar bu dahilərə məxsus olub - ELM TARİXİ
27 May 2023 | 20:31
Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub
27 May 2023 | 20:25
Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib
27 May 2023 | 20:20
Kan və Salihamidziç “Bavariya”dan qovuldular
27 May 2023 | 20:15
"Sizi dinləmək üçün hansı qulağa pıçıldamaq lazımdır?" - alimlərdən gözlənilməz kəşf...
27 May 2023 | 20:14
İnsan beyni haqqında yanlış bildiyimiz həqiqətlər - Bunları heç zaman eşitməmisiniz...
27 May 2023 | 20:13
İstanbulda Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib
27 May 2023 | 20:05
APL: Mövsümün son təyinatları açıqlanıb
27 May 2023 | 20:00
Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - FOTO/ VİDEO
27 May 2023 | 19:45
Qürur doğuran Moskva səfəri
27 May 2023 | 19:40
“Bavariya” ardıcıl 11-ci dəfə Bundesliqa çempionluğunu qazanıb
27 May 2023 | 19:35
“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb
27 May 2023 | 19:30
Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub
27 May 2023 | 19:25
Cəlilabad sakini qətlə yetirilib, saxlanılan var
27 May 2023 | 19:20
Bağ evlərinin qiyməti kəskin ARTDI
27 May 2023 | 19:15
Tarantino karyerasının sonu ilə bağlı sualı məşhur ifadə ilə cavablandırdı - FOTO
27 May 2023 | 19:10
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb
27 May 2023 | 19:05
Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib
27 May 2023 | 19:00
KİV: Ukraynalı hərbçilər "M1 Abrams" tanklarında təlimlərə başlayıb
27 May 2023 | 18:55
APL: “Səbail” və “Şamaxı” ilk “11-lik”ləri açıqlayıblar
27 May 2023 | 18:50
Prezident İlham Əliyev Laçın rayonuna səfər edib
27 May 2023 | 18:45
"Beşilliyi-üç günə!" : Putin yeniliyi ilə heyrət doğuracaq təşəbbüslə çıxış edib
27 May 2023 | 18:40
Gürcüstanda dəmiryolunda qəza zamanı bir azərbaycanlı ölüb, daha 3 nəfər xəsarət alıb
27 May 2023 | 18:40
“Sabah seçkilərin taleyini o 8 milyon seçicinin bir hissəsinin iştirakı da həll edə bilər...”
27 May 2023 | 18:35
Qanunsuz gətirilən külli miqdarda siqaret Naxçıvanda ələ keçdi
27 May 2023 | 18:30
Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub
27 May 2023 | 18:25
“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”
27 May 2023 | 18:19
MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu davam edir
27 May 2023 | 18:16
“Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək
27 May 2023 | 18:10
Serbiyanın hakim partiyasının yeni sədri məlum olub - YENİLƏNİB
27 May 2023 | 18:01
İlham Əliyev Kəlbəcərdə “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını etdi - FOTO
27 May 2023 | 18:00
Ərdoğan: “Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar canımızdır”
27 May 2023 | 17:59
Azərbaycanın daha bir para-atleti dünya çempionatına lisenziya qazanıb
27 May 2023 | 17:55
Ərdoğan müxalifət tərəfdarlarına səsləndi: "Bizim qələbəmiz bütün Türkiyənin zəfəri olacaq"
27 May 2023 | 17:50
Mərkəzi Gömrük Hospitalında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
27 May 2023 | 17:45
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO/VİDEO
27 May 2023 | 17:43
Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb - YENİLƏNİB
27 May 2023 | 17:41
Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO
27 May 2023 | 17:37
Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - FOTO
27 May 2023 | 17:32
Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb
27 May 2023 | 17:28
Leysan, külək, normadan artıq temperatur - FAKTİKİ HAVA
27 May 2023 | 17:23
Dövlət Gömrük Komitəsi hətəlik icmalını təqdim etdi - VİDEO
27 May 2023 | 17:20
Ekspert rəyi neçə nüsxədə tərtib edilir? - VİDEO
27 May 2023 | 17:17
Gömrük Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib - FOTO
27 May 2023 | 17:15
“Qarabağ”ın futbolçusu: “Avropada bəzi komandalar bizdən qorxurlar”
27 May 2023 | 17:13
“Cümhur İttifaqı”na daxil olan partiyanın sədri: “Mayın 29-dan Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik”
27 May 2023 | 17:06
APL: “Qəbələ” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” oyununun heyətləri açıqlandı
27 May 2023 | 17:02
Bələdiyyə sədri: "Təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da Ərdoğana sahib çıxın deyirlər”
27 May 2023 | 16:57
Tərlan Əhmədovun klubdakı durumuna aydınlıq gəldi
27 May 2023 | 16:55
İsveçrədə yaşayan iranlılar Belçika səfirliyi qarşısında aksiya keçirdilər - VİDEO
27 May 2023 | 16:53
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO
27 May 2023 | 16:49
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub - FOTO
27 May 2023 | 16:45
"Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırdır" - Danilov
27 May 2023 | 16:40
Bu il bir sıra fauna növlərinin azad edilmiş ərazilərə qaytarılması planlaşdırılır
27 May 2023 | 16:36
Albaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərdi
27 May 2023 | 16:32
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
27 May 2023 | 16:27
“ANAMA və BMT-nin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycandakı mina problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb” - RƏY
27 May 2023 | 16:23
“Leyla Bədirbəyli mənə deyirdi ki, Həmidə, gəncsən, birdəfəlik qulağında sırğa et ki...”
27 May 2023 | 16:18
Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq"
27 May 2023 | 16:14
“Azərsu”: “MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır”
27 May 2023 | 16:09
Bakıda konstruktivizm nümunəsi olan bina bərpa ediləcək - FOTO
27 May 2023 | 16:05
Kəlbəcərdə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verildi - FOTO
27 May 2023 | 16:00
Ərdoğan: "Şuşa Bəyannaməsi ölkələrimizin sülh və sabitliyinin ən böyük təminatı olacaq"
27 May 2023 | 15:57
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik etdi
27 May 2023 | 15:54
Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyuldu - FOTO
27 May 2023 | 15:51
İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoydu - FOTO
GÜNLÜK
27 May 2023 | 08:35
Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...
27 May 2023 | 11:45
Azərbaycan Cümhuriyyəti: Söz və mətbuat  azadlığı - Nəsiman Yaqublunun araşdırması
27 May 2023 | 09:36
“Nə qədər ki, ömrüm var, onun xanəndə kimi yetişməsinə dəstək olacağam...”
27 May 2023 | 09:39
"Ermənistan hakimiyyəti özü hayklara Laçın yolu ilə Ermənistana getməyi qadağan edir..."
27 May 2023 | 09:10
Sürücü tuneldə ayı ilə rastlaşdı - VİDEO
27 May 2023 | 09:06
“Tesla” dünyanın ən çox satılan avtomobili oldu
27 May 2023 | 09:03
Braziliyada məşhur aktyorun cəsədi tapıldı - FOTO
27 May 2023 | 09:15
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
27 May 2023 | 09:40
Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 3 gündəki itkilərini açıqlayıb
27 May 2023 | 11:01
Rusiya İran vasitəsilə xilas olmağa çalışır - “Kaspi”nin TƏHLİLİ
HƏFTƏLİK
25 May 2023 | 14:50
Xruşovun üzünə qabaran general – Solovyov onun aqibətinin yaxşı olmayacağını deyib
21 May 2023 | 20:10
Əhməd Obalını və oğlu Dənizi ABŞ-da ölümcül döydülər - VİDEO
22 May 2023 | 17:53
“Yas mərasimində mənə baş sağlığı verəndə bəziləri bilmişdi ki, Sara xanım mənim anamdır”
25 May 2023 | 00:25
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?”
24 May 2023 | 06:50
Qanunsuz məskunlaşdığı Laçından köçmüş bu hayk indi də Kərkidən çıxmaq istəmir..-VİDEO
23 May 2023 | 12:18
“Türkiyədə seçkilərin II turundakı nəticələr, demək olar, həll olunub: təxminən 60-ın 40-a...”
21 May 2023 | 15:32
"Söhbət diametri 5-10 metr, hərarəti Selsi üzrə 1000 dərəcəyə çatan odlu kürədən gedir..."
25 May 2023 | 13:21
Kapitulyasiya aktını imzalayan Armeniya rəhbərləri və separatçı qalıqları yenidən ağa axtarışında...
21 May 2023 | 11:32
Lavrov gözünün içinədək yalan danışır...
22 May 2023 | 13:20
Mənim Alma-Materimin ağ günləri...
AYLIQ
27 May 2023 | 08:35
Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...
27 May 2023 | 11:45
Azərbaycan Cümhuriyyəti: Söz və mətbuat  azadlığı - Nəsiman Yaqublunun araşdırması
27 May 2023 | 09:36
“Nə qədər ki, ömrüm var, onun xanəndə kimi yetişməsinə dəstək olacağam...”
27 May 2023 | 09:39
"Ermənistan hakimiyyəti özü hayklara Laçın yolu ilə Ermənistana getməyi qadağan edir..."
27 May 2023 | 09:10
Sürücü tuneldə ayı ilə rastlaşdı - VİDEO
27 May 2023 | 09:06
“Tesla” dünyanın ən çox satılan avtomobili oldu
27 May 2023 | 09:03
Braziliyada məşhur aktyorun cəsədi tapıldı - FOTO
27 May 2023 | 09:15
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
27 May 2023 | 09:40
Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 3 gündəki itkilərini açıqlayıb
27 May 2023 | 11:01
Rusiya İran vasitəsilə xilas olmağa çalışır - “Kaspi”nin TƏHLİLİ