Bakıda arvadını öldürən şəxsə 14 il həbs cəzası verildi
4011
23 Feb 2022 | 11:10

Bakıda arvadını öldürən şəxsə 14 il həbs cəzası verildi

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyulunda paytaxtın Xəzər rayonunda baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Y.Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 35 yaşlı həyat yoldaşı Elnarə Musayevaya 14 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra Y.Cəfərov özünü bıçaqlayıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər