“O helikopter vurulmalı idi, çünki”¦”
Gündəm
4882
14 Nov 2014 | 13:32

“O helikopter vurulmalı idi, çünki”¦”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış araşdırmaçı və politoloq İlqar Altay Moderator.az-a açıqlamasında düşmən helikopterinin məhvi və bunun ətrafında aparılan müzakirələrlə bağlı maraqlı fikirlər səsləndirib:

“Azərbaycan onun torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal edən, BMT və bütün dünyanın çağırışlarına məhəl qoymadan illərlə bu özbaşınalığı davam etdirən və üstəlik, işğal ərazisində, təmas xətti yaxınlığında həyasızcasına hərbi manevrlər edən düşmən ordusunun döyüş helekopterini məhv edib. Azərbaycan bu məsələdə tamamilə haqlıdır. O qədər haqlıdır ki, Azərbaycan ordusu bunu etməsəydi, öz dövlətinə, xalqına qarşı haqsızlıq etmiş olardı. Özünə, mənliyinə hörmət qoyan istənilən dövlət birmənalı olaraq bunu edərdi və etməlidir. Ermənistan nəhayət başa düşməlidir ki, bütöv bir dövlətin, xalqın heysiyyatı ilə bu qədər oynamaq olmaz”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər