Namizəd Səfərov helokopteri vurduğumuza görə məsuliyyət daşımadığımızı əsaslandırdı
Gündəm
4915
14 Nov 2014 | 13:23

Namizəd Səfərov helokopteri vurduğumuza görə məsuliyyət daşımadığımızı əsaslandırdı

Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Namizəd Səfərov ərazilərimizə soxulmuş düşmən helikopterinin vurulmasına erməni tərəfinin hay-küy qoparmasının yersiz olduğunu belə əsaslandırıb:

"Ermənistan silahlı qüvvələrinin hərbi helikopterinin sərhəd zonasında ordumuz tərəfindən vurulması ilə bağlı erməni tərəfinin hədə-qorxuları, həmişə olduğu kimi qışqır-bağır və haray-həşiri tam əsassızdır. Hərbi döyüş helikopterinin bilavasıtə qoşunların təmas xəttində və bu qədər saymazyana həyata keçirdiyi uçuş qudurğanlıq əlaməti olub,məhz provakasiya məqsədi ilə həyata keçirildiyi zərrə qədər də olsun şübhə doğurmur.
Məlumdur ki,əldə olunmuş atəşkəs olduqca kövrək olub,müvəqqəti xarakter daşıyır. Sərhədçilər bir-birlərindən yaxın məssafədə qarşı-qarşıya dayanmışlar.Təmas nöqtələri və nəzarətdə olan ərazilərin sərhədləri də təxmini və şərtidir.Hər gün qoşunların təmas xəttində atəşkəs onlarla,bəlkədə yüzlərlə dəfə pozulur.Atəşkəs dövründə hər iki tərəfdən yüzlərlə əsgər, zabit və dinc sakin həlak olmuş, yaralanmışdır.Belə çıxır ki,həyatı milliardlarla belə qiymətləndirilə bilməyən yüzlərlə insanı snayper gülləsi ilə vurub həyatdan məhrum etmək olar,8 million dollar qiyməti olan helikopteri isə vurmaq olmaz ?!
Bunları çox gözəl bildiyi halda düşmən tərəfinin bilavasitə təmas xətti üzərində və bu qədər alçaqdan hərbi uçuşlar həyata keçirməklə hücuma məruz qalmayacağından ehtiyat etməməsi ağılasığmazdır.Erməni tərəfinin bu addımı birmənalı olaraq bizim hərbi qüvvələri provokasiyaya çəkmək və əvvəldən düşünülmüş şəkildə münaqişə yaratmaq məqsədi daşımışdır.
Bu mənada hərbiçilərimiz tərəfindən Azərbaycan torpağı üzərində düşmənin hərbi helikopterinin vurulması tam qanunauyğun və əsaslı olub, heç bir məsuliyyət yaratmır."


Elçin Mirzəyev
Link kopyalandı!
Son xəbərlər