Müsavatdaxili repressiyalara qarşı etiraz bəyanatı yayıldı...
Gündəm
4626
14 Nov 2014 | 12:15

Müsavatdaxili repressiyalara qarşı etiraz bəyanatı yayıldı...

Moderator.az Müsavatdakı son gəlişmələrlə bağlı poçtumuza daxil olan Arif Hacılının repressiya siyasətinə etiraz edənlərin bəyanatını təqdim edir:

Müsavat daxili repressiyalara qarşı etiraz bəyanatı

Bakı şəhəri                                                     
14 oktyabr 2014-cü il 

Son zamanlar Müsavat Partiyasında  hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq  yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı  “cəza vermək” çağrışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından   çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyası plüarizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq  doğurmaqdadır.  Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun  və  patiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək  partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında  mərkəzi orqanların və hazırkı rəhbərliyin  fəaliyyətinə etimadsızlığın artmasına,  eləcə də  qeyri-qanuni,  qeyri-demokratik  qərarlarla  partiyada represiyaların  başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub.  Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya üzvləri Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağrılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb. Odur ki, biz bu bəyanatı imza edən  şəxslər Müsavat Partiyasının hazırkı rəhbərliyi  qarşısında aşağıdakı məsələləri  qoyur və onların təcili həllini tələb edirik: 

-Partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüarizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun,  fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun.
-Partiya üzvülüyündən   mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və  Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə  normalarına uyğunlaşdırsınlar.
-Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran,  birlik və həmrəyliyə əks mövqe ifadə edən  bəyanatların qəbuluna son qoyulsun.

Biz hesab edirik ki, partiyanın mərkəzi oqranların tutduğu cəzalandırma və repressiyalar  xətti  hazırda yaranmış vəziyyətin daha da pisləşməsinə, üzvlər arasında narazılıq və etimadsızlığın artmasına, partiyanın gələcəyinə və perspektivlərinə olan inamın azalmasına,  partiya daxili demokratiyanın məhdudlaşmasına,  son nəticədə də  liberal demokratik kursda olan Müsavat Partiyasının nüfuzunun aşağı düşməsinə  gətirib çıxarır. Odur ki,  partiya rəhbərliyini yanlış xəttdən imtina etməyə çağırırıq. 
 
1. Qubad İbadoğlu, sabiq Divan üzvü
2. Vurğun Əyyub, sabiq Divan üzvü
3. Hikmət Hacızadə, sabiq Məclis üzvü
4. Mehman Cavadoğlu, Müsavat başqanının sabiq müavini
5. İbrahim İbrahimli, MNTK-nın  sabiq  sədri
6. Məryəm Oruclu, Müsavat başqanının sabiq müavini
7. Fəxrəddin Bağırov, sabiq Divan üzvü
8. Hökümə İbrahimli, sabiq Divan üzvü
9. Adil Qeybulla, sabiq Divan üzvü
10. Ellada Məmmədli, Müsavatçı qadınlar təşkilatının rəhbəri
11. Dünyaxanım  Cahan, Müsavat başqanın sabiq müşaviri
12. Hüseyn Məlik, Müsavat başqanın sabiq müşaviri
13. Sədaqət Paşayeva, Müsavat Məclisinin sabiq üzvü
14. Lətafət Məlikova, Müsavat Məclisinin üzvü
15. Tural Abbaslı, Müsavat başqanlığına sabiq namızəd
16. Rafiq Bəy İsmayıl,Müsavat Məclisinin üzvü
17. Asif Məmmədli,  Müsavat Məclisinin sabiq üzvü ,  Qarabağ Ağsaqqallar şurasının sədri
18. Allahverdi Orucov, Müsavat Məclisinin sabiq üzvü

Link kopyalandı!
Son xəbərlər