Helikopterin vurulması Pakistan mətbuatında...
Gündəm
5554
14 Nov 2014 | 11:37

Helikopterin vurulması Pakistan mətbuatında...

Moderator.az xəbər verir ki, Pakistan-Azərbaycan Forumu çərçivəsində bir sıra Pakistan dövlət adamları Ermənistanın helikopterinin vurulmasına münasibət bildirib:


Pakistanın eks XİN başçısı Əkram Zəki: “Azərbaycan Xarici İşlər Nazirliyi işğal altında olan torpaqlarda hava uçuşunun keçirilməsinə qadağa qoymuşdu. Bu qadağaya əməl etməyən erməni silahlı qüvvələrinin  Azərbaycanın hava sərhədini pozması birbaşa olaraq Azərbaycan əsgərlərinin həyatlarının təhlükəsizliyini pozmaq kimi qiymətləndirilməlidir. Axı nə üçün işğalçı dövlət işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməlidir? Bu fakt ermənilərin işğalçı dövlət olduqlarını birbaşa sübut edir”.

Pakistanın Jurnalistlər Assosiasiyasının prezidenti Cavid Əli Bhatti: “Erməni separatçıları Azərbaycanın hava sərhədini pozmaqlarına və işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirmələrinə görə cəzalandırılmalıdrlar”.

Pakistanın ehtiyyatda olan  generalı  Amdjab Şoaib: “Azərbaycan tərəfindən vurulan helikopter Azərbaycan torpaqlarında vurulması və Ermənistan silahlı qüvvələrinin hava xəttini pozmaları ilə bağlı dünya ictimaiyyəti hələ də tərəddüd edir. Lakin heç kəs diqqət yetirmir ki, vurulan helikopterin qalıqları Azərbaycan torpağındadır. Bu da birbaşa olaraq Ermənistanın hava xəttini pozması kimi qiymətləndirilməlidir.  Axı nə üçün bu gün beynəlxalq ictimaiyyət 3 azərbaycanlının Ermənistan tərəfindən diversant adı altında yaxalanmasından, birinin öldürülməsindən, digər ikisi üçün saxta məhkəmə düzənlənməsindən və bunun utanmazca nümayiş etdirməkdən danışmır?”


Professor  Sadjid Khakvani: “Erməni separatçıları hər zaman öz işğalçılıq siyasətlərini yürüdüb. Onlar mərdcəsinə vuruşmağa qadir deyillər. 1991-ci ildə Azərbaycan Sovetlər Birliyindən ayrılan zaman o çaxnaşmada hücum etdilər və  ümumilikdə 30 minə qədər insanı qətlə yetirdilər. Buna dünya birliyi hələ də səssiz qalmaqdadır. Baxmayaraq ki, erməni separatçıları hazırda da  öz məkrli siyasətlərini yürütməyə davam edirlər. vaxtaşırı atəşkəsi pozur, dinc əhaliyə atəş açır və istədikləri zaman uçuşlar həyata keçirir. Azərbaycan isə buna seyrçi qalmamalıdır. Hər kəs helikopterin Qarabağda vurulduğunu deyir. Amma mən beynəlxalq ictimaiyyətin diqqətinə yetirmək istəyirəm ki, helikopter Dağlıq Qarabağda deyil, ətraf rayonlardan olan Ağdamın bir kəndində vurulub. Bunlar arasında isə böyük fərq var”.


Qeyd edək ki, Pakistan Azərbaycan Forumu azərbaycanlı jurnalist Ülkər Musazadə və Pakistanın Jurnalistlər Assosiasiyasının prezidenti Cavid Əli Bhattinin təşəbbüsü ilə yaradılıb. Məqsəd isə Azərbaycan üçün önəm daşıyan məsələlərin Pakistan mətbuatında işıqlandırılmasıdır.
Link kopyalandı!
Son xəbərlər