Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helekopterinin Azərbaycan ordusu tərəfindən məhvi ölkəmizdə böyük ruh yüksəkliyi və məmnunluqla qarşılanıb. Lakin bununla belə bəzi hərbi-siyasi xadimlər hesab edir ki, əslində 12 noyabr tarixində baş verənlər II Qarabağ savaşının başlanması, lokal toqquşmaların aktiv hərbi əməliyyatlarla əvəz olunması ilə nəticələnə bilər ki, bu da Rusyanın hərtərəfli himayəsinə arxalanan Ermənistanın maraqlarına daha çox cavab verir.
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”
qəzetinə açıqlama verən millət vəkili Elman Məmmədov başlayacaq
müharibəyə görə bütün məsuliyyətin beynəlxalq təşkilatların və həmsədr ölkələrin
üzərinə düşəcəyini vurğuladı:
"Şübhəsiz ki, başlayacaq müharibəyə görə
məsuliyyət uzun illərdir ki, problemin həllinə seyrçı yanaşan, problemin həlli
istiqamətində heç bir ciddi addım atayan beynəlxalq təşkilatların və həmsədrlərin
üzərinə düşəcək. Bir müddət öncə Böyük Britaniya Krallığının Avropa Məsələləri
üzrə naziri Azərbaycana gəlmişdi. O, prezident, XİN, habelə Qaçqınların və Məcburi
Köçkünlərib İşləri üzrə Dövlət Komitəsinin rəhbəri ilə görüşdü. Dağlıq
Qarabağın Azərbaycanlı İcmasında da oldu və bizimlə də söhbət etdi. Mən söhbət
zamanı onun nəzərinə mühüm bir məqamı çatdırdım. Bildirdim ki, cənab nazir,
sonsuz işğal halı 20 ildir ki, davam edir, dünyanın böyük dövılətləri, beynəlxalq
təşkilatlar, həmsədr ölkələr bunun qarşısını almaq üçün işğalçı tərəfə heç bir
təsir göstərmir, heç bir sanksiya tətbiq etmirlər. Əgər müharibə başlasa, o
zaman bunun məsuliyyəti həmin həmsədr ölkələrin, beynəlxalq təşkilatların üzərinə
düşəcək. Yəni baş verənlərə görə Azərbaycan dövləti heç bir məsuliyyət
daşımayacaq. Çünki Azərbaycan tərəfi min dəfə xəbərdarlıq edib, bütün dünyanı
problemin ədalətli həllinə səsləyib. Ermənilərin noyabrın 12-dəki addımı da Azərbaycanı
təribata və savaşa sövq etmək məqsədi daşıyır. Həmsədr ölkələr, beynəlxalq təşklatlar
Ermənistanı sülhə məcbur etmək proqramını yox, Azərbaycanı müharibəyə təhrik
etmək proqramını həyata keçirməyə başlayıblar. Azərbaycan tərəfi qanuni hərəkət
edibdir. Hava məkanını pozan düşmənin helekopterini vurubdur. Ordumuzun bu
addımı təqdirəlayiqdir".
Seymur Əliyev