Prezident İlham Əliyev sərəncam imzaladı
Gündəm
2535
13 Nov 2014 | 21:07

Prezident İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. 

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılsın.
 
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Link kopyalandı!
Son xəbərlər