Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün saat 16:00-da yetkinlik yaşına
çatmamış iki oğlu ”“ Əli və Təbrizlə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə
çağırılıb. Bu barədə Turan-a məlumatlı mənbələrdən bildiriblər. Onların polis
idarəsinə çağırılmasının səbəbi məlum deyil.
Bir
müddət əvvəl hüquq müdafiəçisinin yetkinlik yaşına çatmamış oğlu Əli Gülalıyev
xuliqanlıq ittihamı ilə 6 ay müddətinə islah işlərinə cəlb edilib.
O.Gülalıyev
“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının, “Kür” vətəndaş cəmiyyəti qərargahının
rəhbəri və Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvüdür.
Ötən
həftə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı penitensiar müəssisələrdə məhbusların
hüquqlarının pozulması və siyasi məhbuslar problemi haqqında geniş hesabat təqdim
edib.
Contact.az