Oqtay Gülalıyev oğulları ilə birlikdə “qorotdel”ə çağırılıb
Gündəm
2385
13 Nov 2014 | 19:48

Oqtay Gülalıyev oğulları ilə birlikdə “qorotdel”ə çağırılıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün saat 16:00-da yetkinlik yaşına çatmamış iki oğlu ”“ Əli və Təbrizlə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə Turan-a məlumatlı mənbələrdən bildiriblər. Onların polis idarəsinə çağırılmasının səbəbi məlum deyil.

Bir müddət əvvəl hüquq müdafiəçisinin yetkinlik yaşına çatmamış oğlu Əli Gülalıyev xuliqanlıq ittihamı ilə 6 ay müddətinə islah işlərinə cəlb edilib.

O.Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının, “Kür” vətəndaş cəmiyyəti qərargahının rəhbəri və Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvüdür.

Ötən həftə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı penitensiar müəssisələrdə məhbusların hüquqlarının pozulması və siyasi məhbuslar problemi haqqında geniş hesabat təqdim edib.

 

Contact.az

Link kopyalandı!
Son xəbərlər