“Böyük müharibə istəmirsizsə...” ”“  VİDEO
Gündəm
2418
13 Nov 2014 | 16:44

“Böyük müharibə istəmirsizsə...” ”“ VİDEO

“Dağlıq Qarabağda işğal edilmiş ərazilərdə Ermənistan helikopterinin vurulması bu münaqişənin dondurulmuş olmadığını bir daha testiq edib.” 

Bunu politoloq Rasim Musabəyov deyib. Onun fikrincə cəbhə xəttində aktivliyin qarşısının almasının yeganə yolu silahlı qüvvələrin regiondan çıxarılmasıdır. 

"Erməni helikopterini vuran əsgərin o saat medalla mükafatlandırılması onu göstərir ki, bu Azərbaycanın rəsmi bir mövqeyidir. Azərbaycan özünə bir müharibəni uduzmuş tərəf kimi yanaşmağa və bunun müqabilində Azərbaycandan bir tərəfli qaydada ermənilərin iddialarını təmin etməyi gözləməsinlər. Doğurdan da böyük müharibəni istəmirlərsə zəhmət çəksinlər erməniləri o iddialardan uzaqlaşmağa vadar etsinlər”, - deyə politoloq məsələyə münasibətini bildirib. 

Xatırladaq ki, Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. 

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Helikopterdə olan 3 hərbi qulluqçu isə ölüb. (anspress)
Link kopyalandı!
Son xəbərlər