“İran ABŞ-ın Rusiya ilə bağlı sanksiyalarını görəndən sonra preventiv siyasətə hazırlaşır“
Gündəm
11202
13 Nov 2014 | 16:10

“İran ABŞ-ın Rusiya ilə bağlı sanksiyalarını görəndən sonra preventiv siyasətə hazırlaşır“

Son vaxtlar bəzi dövlətlər İranın Qərblə münasibətlərində Azərbaycanı vasitəçi görmək istəyirlər. Bundan başqa, Çexiya da öz növbəsində bildirib ki, məhsullarını Azərbaycan vasitəsi İrana satmaqda maraqlıdır. Moderator.az olaraq Azərbaycanın İran-Qərb arasında vasitəçi kimi çıxış etməsi mümkündürmü” sualına iqtisadçı-ekspert Məhəmməd Talıblı ilə aydınlıq gətirdik:

“İranın bu addımına tələsik reaksiya doğru olmaz. Praqmatik maraqlar üçün hər cür əməkdaşlıqla razılşmaq strateji uğursuzluqlarla nəticələnə bilər. Ona görə, İranın bu cür istəyini zəruri edən ABŞ-ın və Aİ-nın sanksiyaları qarşısında Rusiyanın depressiyası göz önündədir. Bu vəziyyət həm Rusiya ilə strateji müttəfiqlik münasibətlərində olan dövlətləri, həm də həmin yolu tutan dövlətləri təhdid edir. İrana gəldikdə isə onun da vəziyyəti bu baxımdan yaxşı deyil. İranın ABŞ-a münasibətdə uzun müddət həyata keçirdiyi iqtisadi avtarkiya siyasəti nəticəsində uzun illərdir ki, izolyasiyaya düşüb. İndi həmin izolyasiyanın təsirlərinin yaxın illərdə olacağını hiss etdiyi üçün iqtisadi inteqrasiya kursuna qayıtmaq istəyir. Amma İran Azərbaycan vasitəsilə inteqrasiya münasibətlərini tənzimləmək istəyirsə, ilk növbədə Ermənistanla münasibətlərinə yenidən baxmasını diqqətlərinə çatdırmaq lazımdır. Çünki Ermənistanın “oksigenlə” təmin olunmasında İranın rolu əvəzsizdir. Azərbaycan İranın təcrid olunmaqdan çıxırılmasında oynadığı rol kimi Ermənistanın da izolyasidan çıxarılmasından imtina etməlidir”.

 

Link kopyalandı!
Son xəbərlər