Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Moderator.az-a açıqlamasında dünən qanunsuz şəkildə hava məkanımıza soxulan erməni döyüş helikopterinin hərbçilərimiz tərəfindən vurulmasına münasibət bildirib:
“Ermənistanın
iki böyük dostu barədə düşünsək, onlardan biri İran, digəri Rusiyadır. Lakin
indi Ermənistanın hər iki dostuyla bağlı xəyalları suya düşüb. Maraqlıdır, rəsmi
İrəvan nə üçün bu cür təxribatçı addımı
məhz İran prezidentinin Bakıda rəsmi səfərdə olduğu saatlarda atdı? Çünki o, Azərbaycanın həm İran, həm da Rusiya
ilə münasibətlərinin gündən-günə yaxşılaşmasından narahatdır.
Düşünürəm
ki, Ermənistan bu addımıyla əslində böyük dostlarını və yaxud ənənəvi müttəfiqlərini
şantaj edir. Söhbət təbii ki, Rusiya və İrandan gedir. Bu isə o deməkdir ki,
Ermənistan odla oynayır”
Əlisahib
Hüseynov hesab edir ki, Ermənistanın qatarı artıq gedib.
“Bundan
sonra Erməni tərəfinin bütün təxribatlarının ordumuz tərəfindən layiqincə
cavablandırılacağını onlar artıq anlamalıdırlar”.