DADP sədri: “Ermənilər odla oynayır”
Gündəm
6111
13 Nov 2014 | 15:37

DADP sədri: “Ermənilər odla oynayır”

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov  Moderator.az-a açıqlamasında dünən qanunsuz şəkildə hava məkanımıza soxulan erməni döyüş helikopterinin hərbçilərimiz tərəfindən vurulmasına münasibət bildirib:

“Ermənistanın iki böyük dostu barədə düşünsək, onlardan biri İran, digəri Rusiyadır. Lakin indi Ermənistanın hər iki dostuyla bağlı xəyalları suya düşüb. Maraqlıdır, rəsmi İrəvan nə üçün bu cür təxribatçı  addımı məhz İran prezidentinin Bakıda rəsmi səfərdə olduğu saatlarda atdı?  Çünki o, Azərbaycanın həm İran, həm da Rusiya ilə münasibətlərinin gündən-günə yaxşılaşmasından narahatdır.

Düşünürəm ki, Ermənistan bu addımıyla əslində böyük dostlarını və yaxud ənənəvi müttəfiqlərini şantaj edir. Söhbət təbii ki, Rusiya və İrandan gedir. Bu isə o deməkdir ki, Ermənistan odla oynayır”           

Əlisahib Hüseynov hesab edir ki, Ermənistanın qatarı artıq gedib.

“Bundan sonra Erməni tərəfinin bütün təxribatlarının ordumuz tərəfindən layiqincə cavablandırılacağını onlar artıq anlamalıdırlar”.

 

 

 

Link kopyalandı!
Son xəbərlər