“Ermənilərə sərt reaksiya verməyin vaxtı çoxdan çatıb”
Gündəm
6184
13 Nov 2014 | 13:40

“Ermənilərə sərt reaksiya verməyin vaxtı çoxdan çatıb”

“Məni bu gün ermənilərin Mi-24 helikopterinin vurulmasi ilə bağlı yaratdığı hay-küy deyil, əksinə ATƏT Baş katibi, Avropa İttifaqı və ABŞ-ın məsələyə bu qədər tez reaksiya verməsi narahat edir”. Moderator.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, şəxsən mən beynəlxalq aləmin, xüsusən də ATƏT və ABŞ-ın hadisəyə bu qədər tez reaksiya verəcəyini gözləmirdim:

 “Bildiyiniz kimi Azərbaycan vətəndaşları öz doğma torpaqlarında valideynlərinin məzarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən girov götürülür və üzərlərində saxta məhkəmə prosesi qurulur, ancaq yuxarıda adı çəkilən təşkilatlar bu günədək buna reaksiya verməyiblər. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü deyir ki, məsələ ilə bağlı kifayət qədər məlumatlı deyilik. Deyir ki, ATƏT MQ həmsədrləri məsələ ilə məşğuldur. Amma ermənilərin bir hərbi helikopteri özü də hava məkanını pozaraq təxribatçı manevrlər edərkən vurulur, ona həmən reaksiya verirlər.”
Millət vəkili əlavə etdi ki, bir yandan da müxalifət hakimiyyətdən güc yolu ilə topaqları işğaldan azad etməməkdə qınayırlar:

 “Düzdür, prezident sərəncam verilən kimi itki bahasına olsa da torpaqlarımızı işğaldan azad edəcəyik. Amma mənim dediyim başqadır. Beynəlxalq təşkilatlar və güclü dövlətlər Azərbaycana işğal altında olan torpaqlarını azad etməyə imkan vermir. Yuxarıda söylədiyim faktlar bunu təsdiqləyir.”
Ç.Qənizadə onu da əlavə etdi ki, hərbi helikopterin vurulması bütün beynəlxalq hüquq normalarına uyğundur:

 “Çünki vurulan mülki deyil, hərbi helikopterdir. Əgər mülki olsaydı, o zaman düşünmək olardı ki, onda mülki şəxslər ola bilər. Azərbaycan ordusu öz təhlükəsizliyini təmin etmək baxımından belə bir addım atıb və bu da tamamilə qanunauyğundur. Digər tərəfdən də artıq ermənilərə belə sərt reaksiya verməyin vaxtı çoxdan çatmışdı. Belə ki, iyul ayında etibarən ermənilər mütəmadi olaraq belə təxribatlar həyata keçirir və bunun layiqli cavab olmalı idi və bu da baş verdi.”
Millət vəkili sonda erməni helikopterini vuran əsgərlərə öz minnətdarlığını bildirdi.

Link kopyalandı!
Son xəbərlər