Moderator.az xəbər verir ki, QAT dünən cəbhə xəttində vurulan düşmən helikopteri ilə bağlı açıqlama yayıb. Redaksiyamıza daxil olan açıqlamada deyilir:
“Qarabağ Azadlıq Təşkilatı
cəbhə bölgəsində düşmən helikopterinin əsgərlərimiz tərəfindən vurulmasını
alqışlayır. Məhz belə olmalıdır, düşmən havada da, yerdə də hərəkət etməkdən, hətta
nəfəs aımaqdan çəkinməli, qorxmalı, rədd olub getməlidir. Biz hesab edirik ki,
Azərbaycan Ordusu bu cür addımlarını davam etdirməli, ermənilərin bütün təxribatlarının,
o cümlədən “hərbi təlim” deyilən oyunbazlıqlarının qarşısını qətiyyətlə almalı,
sonra isə torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatlara
başlamalıdır. Bu hadisə bir daha göstərdi ki, ermənilərin istənilən təxribatının
qarşısını almaq mümkündür və ermənilər heç müqavimət göstərmək gücündə də deyildirlər.
Beynəlxalq təşkilatların da, böyük dövlətlərin də işğalçı Ermənistanı fəal şəkildə
müdafiə etmək fikirləri yoxdur. Ona görə də ləngimədən müharibəni başlamaq
lazımdır”.