QAT-dan vurulan düşmən helikopteri ilə bağlı açıqlama
Gündəm
6150
13 Nov 2014 | 12:50

QAT-dan vurulan düşmən helikopteri ilə bağlı açıqlama

Moderator.az xəbər verir ki, QAT dünən cəbhə xəttində vurulan düşmən helikopteri ilə bağlı açıqlama yayıb. Redaksiyamıza daxil olan açıqlamada deyilir:

“Qarabağ Azadlıq Təşkilatı cəbhə bölgəsində düşmən helikopterinin əsgərlərimiz tərəfindən vurulmasını alqışlayır. Məhz belə olmalıdır, düşmən havada da, yerdə də hərəkət etməkdən, hətta nəfəs aımaqdan çəkinməli, qorxmalı, rədd olub getməlidir. Biz hesab edirik ki, Azərbaycan Ordusu bu cür addımlarını davam etdirməli, ermənilərin bütün təxribatlarının, o cümlədən “hərbi təlim” deyilən oyunbazlıqlarının qarşısını qətiyyətlə almalı, sonra isə torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlamalıdır. Bu hadisə bir daha göstərdi ki, ermənilərin istənilən təxribatının qarşısını almaq mümkündür və ermənilər heç müqavimət göstərmək gücündə də deyildirlər. Beynəlxalq təşkilatların da, böyük dövlətlərin də işğalçı Ermənistanı fəal şəkildə müdafiə etmək fikirləri yoxdur. Ona görə də ləngimədən müharibəni başlamaq lazımdır”.

 

Link kopyalandı!
Son xəbərlər