Gündəm
5980
13 Nov 2014 | 11:44

"I Qarabağ savaşı davam edir..."

"I Qarabağ savaşı davam edir və bu savaş bitmədən II Qarabağ savaşı başlaya bilməz".

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, düşmən helikopterinin vurulması aktiv hərbi əməliyyatlara səbəb olsa da, olmasa da düzgün addım idi:

"Müharibə hələ də davam edir və sadəcə olaraq aktiv mərhələyə qədəm qoymayıb. Gün ərzində atəşkəsin, 40-50 dəfə pozulması da davam edən müharibədən xəbər verir. Hesab edirəm ki, düşmən helikopterinin vurulması aktiv hərbi əməliyyatlara səbəb olsa da, olmasa da  düzgün addımdır. Azərbaycan uzun illərdir ki, problemi sülh yolu ilə həll etməyə cəhd edir. Lakin görünən odur ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı görünmür. Və təbii ki, belə davam edərsə Azərbaycan hərbi əməliyyatlar yolu ilə işğaldakı torpaqlarını azad etməlidir. Bugünə kimi baş verən hərbi təmaslar göstərir ki, Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür və işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir".

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər