"I Qarabağ savaşı davam edir və bu savaş bitmədən II Qarabağ savaşı başlaya bilməz".
Bunu
Moderator.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev bildirib. Millət vəkilinin
sözlərinə görə, düşmən helikopterinin vurulması aktiv hərbi əməliyyatlara səbəb
olsa da, olmasa da düzgün addım idi:
"Müharibə
hələ də davam edir və sadəcə olaraq aktiv mərhələyə qədəm qoymayıb. Gün ərzində
atəşkəsin, 40-50 dəfə pozulması da davam edən müharibədən xəbər verir. Hesab
edirəm ki, düşmən helikopterinin vurulması aktiv hərbi əməliyyatlara səbəb olsa
da, olmasa da düzgün addımdır. Azərbaycan
uzun illərdir ki, problemi sülh yolu ilə həll etməyə cəhd edir. Lakin görünən
odur ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı görünmür. Və təbii
ki, belə davam edərsə Azərbaycan hərbi əməliyyatlar yolu ilə işğaldakı
torpaqlarını azad etməlidir. Bugünə kimi baş verən hərbi təmaslar göstərir ki,
Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür və işğaldakı torpaqları
azad etmək qüdrətinə malikdir".
Seymur
Əliyev