18:49
0°C
Bakı
"Dünən cəbhənin Ağdam rayonu hissəsində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopterinin ordumuz tərəfindən məhv edilməsi II Qarabağ savaşının başlanmasına səbəb olmayacaq".
Bunu
Moderator.az-a açıqlamasında ASDP sədri, politoloq Araz Əlizadə söyləyib.
Ekspertin fikrincə, Azərbaycan düşmən helikopterini vurmaqla öz hava məkanının
təhlükəsizliyini təmin edib və buna görə kimsə onu ittiham edə biməz:
"Azərbaycan
bundan öncə də xəbərdarlıq etmişdi ki, bu cür uçuşlar qanunsuzdur və onların
qarşısını alacaq. Xankəndi aeroportu ilə bağlı da Ermənistana bu cür xəbərdarlıq
edilib. Mi-24 helikopterini vurmaqla Azərbaycan sadəcə öz hüququndan istifadə
edib və buna görə heç bir məsuliyyət daşımır".
Seymur
Əliyev