Gündəm
6019
13 Nov 2014 | 11:28

"Düşmən helikopterinin məhvi II Qarabağ savaşına səbəb olmayacaq"

"Dünən cəbhənin Ağdam rayonu hissəsində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopterinin ordumuz tərəfindən məhv edilməsi II Qarabağ savaşının başlanmasına səbəb olmayacaq".

Bunu Moderator.az-a açıqlamasında ASDP sədri, politoloq Araz Əlizadə söyləyib. Ekspertin fikrincə, Azərbaycan düşmən helikopterini vurmaqla öz hava məkanının təhlükəsizliyini təmin edib və buna görə kimsə onu ittiham edə biməz:

"Azərbaycan bundan öncə də xəbərdarlıq etmişdi ki, bu cür uçuşlar qanunsuzdur və onların qarşısını alacaq. Xankəndi aeroportu ilə bağlı da Ermənistana bu cür xəbərdarlıq edilib. Mi-24 helikopterini vurmaqla Azərbaycan sadəcə öz hüququndan istifadə edib və buna görə heç bir məsuliyyət daşımır".

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər