Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, Bayraq Günü münasibtilə bir qrup QHT fəalının və media mənsublarının Sabunçu rayonundakı itkin düşmüş 4 min vətəndaşımızın xatirəsinin əbədiləşdirildiyi abidənin ziyarəti zamanı bir neçə itkin və şəhid ailəsi üzvü hökumətin onlara çatacaq birdəfəlik vəsaitin müxtəlif bəhanələrlə verilməsindən imtinasını sərt şəkildə tənqid ediblər.
Bir neçə nəfər maliyyə naziri Samir Şərifovun ünvanına ittihamlar səsləndirərək onlara çatacaq pulu verməməsini qlınayıblar.
Xatırladaq ki, parlamentin ötən iclasında millət vəkili Fazil Mustafa da bununla bağlı qanun qəbul olunsa da hökumətin istefada olan hərbi qulluqçulara, əlillərə, itkin düşənlərin ailələrinə, şəhid ailələrinə verilməli olan 11 min manat birdəfəlik vəsaitin bu günədək yubadılmasına etiraz etmiş, bu vəsaiti qanpulu adlandıraraq o insanların qarğışının, ah-naləsinin Milli Məclisə yönəldilməsinə qarşı çıxmışdı...