Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, millət vəkili Fazil Mustafa nəhs gündə xoşmərmalı bir aksiyada iştirak edəcək:
"Sabah 13 noyabrda T. Bəhramov adına Respublika stadionuna futbol oynamağa dəvət almışam. APA-nın 10 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçıdır.
APA-da işləyən jurnalistlərin komandası ilə APA-nın Dostları kimi qəbul etdikləri peşəkər futbolçuların oynunu nəzərdə tutulub. Təbii ki, mən də peşəkarların sırasında oynayacağam. Oyun saat 20.00-da başlayacaq. İnşallah dostluq qazanar. Deyəsən jurnalist dostlarım xasiyyətimi öyrəniblər: Futboldan imtina edə bilmirəm. Gəlib baxmağa dəyər, biletlər yəqin ki, "qara bazar"da satılır."