Düşmən vertolyotunun vurulma anı -  FOTOLAR
Gündəm
2480
12 Nov 2014 | 21:58

Düşmən vertolyotunun vurulma anı - FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində məhv edilən düşmənin helikopterinin vurulma anını əks etdirən görüntüləri yayıb.

Nazirliyin mətbuat xidmətindən Moderator.az -a verilən məlumatda qeyd olunur ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
 
Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.


     

     



Link kopyalandı!
Son xəbərlər