“Milli Assambleyanın qətnaməsi Fransanın ölkəmizə qarşı növbəti təxribatıdır”
Gündəm
3650
02 Dec 2022 | 17:23

“Milli Assambleyanın qətnaməsi Fransanın ölkəmizə qarşı növbəti təxribatıdır”

“Fransa Sentanın Azərbaycan əlehinə qəbul etdiyi  qeyri-obyektiv, beynəlxalq hüquqa zidd, məhz erməni lobbisinin tapşırıqlarının icrasından  irəli gələn qətnamədən sonra indi də Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) ölkəmizə qarşı yalan və iftira dolu, qərəzli qətnamə qəbul olunmuşdur. Bu, Fransanın ölkəmizə qarşı növbəti təxribatıdır. Şübhəsiz ki, burada məqsəd erməni lobbisinin sifarişlərini yerinə yetirərək Ermənistana dəstək verməklə yanaşı, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərə zərbə vurmaqdır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Milli Assambleyanın və Senatın qəbul etdiyi qərəzli qətnamələrin Azərbaycan üçün heç dəyəri yoxdur. Çünki, heç bir reallığa əsaslanmayan bu “sənədlər” beynəlxalq hüququn və ədalətin növbəti dəfə kobudcasına pozulmasıdır. Qəbul olunan qətnamələr Prezident Emmanuel Makronun və Fransanın erməni sevgisindən irəli gələn ədalətsiz və riyakar siyasətin təzhürüdür. Düzdür, qətnamənin qəbul edilməsindən dərhal sonra Fransa Xarici İşlər Nazirliyi qəbul olunan qətnamənin Fransa hökümətinin mövqeyini əks etdimədiyini desə də, reallıq ondan ibarətdir ki, Milli Assambleyada müzakirələr zamanı Fransa hökümətinin nümayəndəsi qətnaməni dəstəkləyib. Bu fakt onu deməyə əsas verir ki, Fransada anti-Azərbaycan siyasəti hökümət səviyyəsində həyata keçirilir. Bu, isə o deməkdir ki, həmin qətnamələr  Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni pozur. Buradan belə qənaətə gələ bilərik ki, Fransa höküməti erməni lobbisinin əlaltısına, oyuncağına çevrilmişdir. Azərbaycan cəmiyyəti ölkəmizə qarşı atılmış bu cür qərəzli, riyakar addımı qətiyyətlə rədd edir. Bu, ölkəmizə qarşı  növbəti selektiv yanaşmanın təzahürüdür.

Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova qeyd edib ki, Fransa Milli Assambleyasında ölkəmizə qarşı qəbul olunmuş qərəzli, siyasi riyakarlığı əks etdirən qətnamənin qəbul olunmasına qarşı  Azərbaycan Respublikası Milli Məclisi adekvat olaraq münasibət bildirmişdir. Milli Məclisin münasibətində deyilir: “Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk”. Bəli, bu qətnamə ölkəmizə qarşı münasibətdə siyasi riyakarlıq olmaqla yanaşı, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunmasına qarşı destruktiv münasibətin təzühürü kimi qiymətləndirilir.

Şübhəsiz ki, Azərbaycan dövləti şovinist siyasi baxışlar əsasında formalaşmış Fransa hökümətinin daxili gündəliyini və erməni lobbisinin maraqlarının Cənubi Qafqaz regionuna, xüsusilə də, Qarabağa daşınmasına imkan verməyəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

Link kopyalandı!
Son xəbərlər