“Fransa dünyanın bir nömrəli müstəmləkəçi dövləti olub və bu gün də həmin statusdadır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Fransa tarixən dünyanın bir sıra qitələrində böyük soyqırımlar və işğallar həyata keçirib:
“Bu gün də Fransa dünyanın 50-dən çox dövlətini öz müstəmləkəsi hesab edir. 14 Afrika ölkəsi bu gün Fransa büdcəsinə müstəmləkə kimi pul ödəyir. Fransanın son 100 il ərzində Amerika, Afrika, Hind-Çin yarımadası ərazisində törətdiyi soyqırımlar saysız-hesabsızdır. Burada söhbət 100 milyonlarla insanın soyqırıma məruz qalmasından gedir. Fransanın iç üzü budur.
Fransanın son 100-150 illik tarixində türk-müsəlman düşmənçiliyi öndə olub, bu gün də öndədir. Fransadakı türkəfobiya, islamafobiyanın tarixi kökləri var. Fransa öz tarixinə, əməllərinə, törətdiyi qırğınlara baxsın, bundan sonra danışsın.
Azərbaycan heç kimin torpağını işğal etməyib, heç kimə qarşı müharibə cinayəti törətməyib. Sadəcə olaraq, özünün işğaldakı torpaqlarını azad edib. Belə olan halda, Azərbaycanı ittiham etmək riyakarlıqdan başqa bir şey deyil”.
Seymur ƏLİYEV