Gündəm
5058
20 Nov 2022 | 12:35

"İran Rusiyada döyüş PUA-larının istehsalı üzrə zavodlar yaradır" - "Washington Post"

"İranlılar artıq rusiyalılara həlledici komponentləri və çertyojları ötürməyə başlayıb..."

 

"Tehran bununla Qərb ölkələri tərəfindən mümkün sanksiyalarından yan keçmək istəyir..."

 

Moskva və Tehran Rusiya ərazisində İranın pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodların yaradııması haqqında razılığa gəlib.

 

Moderator.az xəbər verir ki, bu barədə adları çəkilməyən üç rəsmi şəxslərə istinadən "Washington Post" nəşri məlumat yayıb.

 

Bu anonim mənbələrin məlumatına görə, tərəflər noyabrın əvvəlində İran İslam Respublikasında keçirilən görüşdə razılığa gəlib.

 

Görüşdə Rusiyanın müdafiə sənayesinin nümayəndələri iştirak edib.

 

Amerika kəşfiyyatının məlumatına görə, iranlılar artıq rusiyalılara həlledici komponentləri və çertyojları ötürməyə başlayıb.

 

"Onlar tez bir zamanda qərar qəbul edilməsindən onun gerçəkləşməsinə keçid edib", - qəzet yazır.

 

Rusiya İran PUA-larını sentyabrda tətbiq etməyə başlayıb. İlkin olaraq Tehran və Moskva onların Ukraynada istifadə edilməsini inkar edib.

 

Daha sonra İranın xarici işlər naziri bəyan edib ki, onun ölkəsi pilotsuz uçuş aparatlarını Rusiyaya hələ Ukraynada müharibə başlamazdan tədarük edib.

 

Nəşrin mənbələri iddia edib ki, dronların istehsalı bir neçə ay ərzində başlaya bilər.

 

İran bunun əvəzində "əhəmiyyətli iqtisadi və siyasi dividendlər" qazanacaq.

 

Qəzetin həmsöhbətləri güman edib ki, Tehran dronları Rusiya ərazisinə keçirməklə Qərb ölkələri tərəfindən mümkün sanksiyalardan yan keçmək istəyir.

Link kopyalandı!
Son xəbərlər