"Bu iclas Rusiyanın Ukraynada törətdikləri vəhşiliklərindən diqqəti yayındırmaq cəhdidir..."
"Biz bu cəfəngiyyata daha nə qədər dözməli olacağıq?.."
"Rusiya dəfələrlə Ukrayada ABŞ-ın himayəsi altında bioloji silah yaradan laboratoriyaların olmasını iddia edib..."
BMT-də Rusiya Federasiyasının təşəbbüsü ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Ukrayna ərazisində bioloji silahın yaradılması məsələsi müzakirə edilib.
Rusiya "hərbi-bioloji proqramlar" gerçəkləşən laboratoriyaların fəaliyyətinin araşdırılması üzrə xüsusi komissiyanın yaradılmasını tələb edib.
Rusiyanın sübutsuz iddialarını dinləyəndən sonra ABŞ və Böyük Britaniyanın Təhlükəsizlik Şurasındakı daimi üzvləri bəyan edib ki, bu iclas havayı vaxt itkisidir və Rusiyanı "qəsdlər nəzəriyyəsi"ni yaymaqda ittiham ediblər.
ABŞ-ın nümayəndəsi Linds Tomas-Qrinnfild Rusiyanın ittihamlarını "təmiz uydurma"adlandırıb.
"Bu iclas böyük vaxt itkisi, Rusiya qoşunlarının Ukraynada törətdiyi vəhşiliklərdən diqqəti yayındırmaq cəhdi və heç nə ilə haqq qazandırıla bilməyən müharibəyə haqq qazandırmaq üçün çarəsiz taktikadır", - diplomat vurğulayıb.
Böyük Britaniyanın daimi nümayəndəsi Barbara Vudvord Şuradan soruşub:
"Biz bu cəfəngiyyata daha nə qədər dözməli olacağıq?"
Vudvord qeyd edib ki, Rusiyanın ittihamları əvvəllər dinlənilib və rədd edilib:
"89 iştirakçı dövlətlər həmin görüşdə iştirak edib və Rusiyanın Vikipediyadan götürülmüş müxtəlif açıq sənədlər və surətlərin təhrif edimiş təsvirlərindən başqa heç nə təqdim edə bilmədiyinə tamaşa edib".
Hələlik Rusiyanın qətnamə layihəsini səsverməyə çıxarması bəlli deyil, lakin hətta bunu etsə belə, böyük ehtimalla ona veto qoyulacaq.
Rusiya dəfələrlə bəyan edib ki, Ukraynada ABŞ-ın himayəsi altında bioloji silah yaradılan laboratoriyalar işləyir.
Bu silah, Rusiya nümayəndələrinin iddasına görə, qadınların reproduktiv sistemini və müəyyən etnosların, o cümlədən "Rusiyanın rus əhalisinin immunitetini zədələyir.
May ayında Putin məlumat verib ki, Ukraynada ABŞ-ın nəzarəti altında MDB-də epidemioloji şəraitin destabilizasiyası mexanizmləri işlənib hazırlanıb.