“Vampir qan içdikcə necə canlanırsa, rüşvətxor da pul gördükcə elə canlanır”
Gündəm
3139
28 Oct 2022 | 10:54

“Vampir qan içdikcə necə canlanırsa, rüşvətxor da pul gördükcə elə canlanır”

Cümşüd Nuriyev: “Rüşvət və korrupsiyaya qarşı daha sistemli mübarizəyə ehtiyac var”

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizənin aparıldığı sirr deyil. Son bir neçə ildə bəzi icra başçılarının, iri məmurların həbs edilməsi, onların elə cinayət başında tutulması deyilənlərə nümunədir. Lakin təəssüflər olsun ki, dövlət tərəfindən həyata keçirilən anti-korrupsiya tədbirlərinə rəğmən, rüşvətxorluq bu gün də aktual problemlərdən biri olaraq qalmaqdadır.

 

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru,  politoloq Cümşüd Nuriyev ölkəmizdə rüşvətxorluğa qarşı aparılan mübarizəni qeyd etməklə yanaşı, bu bəlaya qarşı daha effektiv mübarizənin daha böyük addımlar tələb etdiyini bildirib:

 

“Azərbaycanda zaman-aman rüşvət və korrupsiya ilə mübarizə çərçivəsində bir sıra həbslərin həyata keçirildiyinə şahidik. Lakin nə qədər qəribə olsa da, hətta bu həbslər fonunda belə məlum problem öz mövcudluğunu qoruyub saxlayır. Ümumiyyətlə, dünyanın heç bir yerində proqramla rüşvətin qarşısını ala bilməyiblər. Rüşvətin qarşısını almaq üçün böyük, sistemli iş aparmaq lazımdır.

 

Bir çox sahələrdə gəncləri vəzifələrə gətirdilər ki, guya vəziyyət nisbətən düzələcək. Ancaq əksinə oldu. Vampir qan içdikcə necə canlanırsa, rüşvətxor da pul gördükcə elə canlanır. Bu isə o deməkdir ki, rüşvət və korrupsiyaya qarşı daha sistemli və prinsipial mübarizəyə ehtiyac var”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər