“Türkiyənin Şuşada Baş konsulluq açması bütün dünyaya mesajdır”
4631
21 Oct 2022 | 15:45

“Türkiyənin Şuşada Baş konsulluq açması bütün dünyaya mesajdır”

Fikrət Sadıqov: “Əgər İran Ermənistanın Qafan şəhərində konsulluq açırsa...”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Baş konsulluq açacaqlarını bəyan edib.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən sabiq diplomat Fikrət Sadıqov, Türkiyənin Şuşada Baş konsulluq açmasının önəmini şərh edib:

 

“Qardaş dövlətin Şuşada Baş konsulluq açması Türkiyənin Azərbaycandakı mövcudluğunun gücləndirilməsi, ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi deməkdir. Bu, o deməkdir ki, bizim münasibətlərimiz qardaşlıq, müttəfiqlik münasibətləridir və diplomatik müstəvidəki bu  münasibətlər əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək. Əgər İran Ermənistanın Qafan şəhərində konsulluq açırsa, Türkiyənin Şuşada Baş konsulluq açması daha təbii və daha məntiqlidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşada Azərbaycan-Türkiyə müttəfiqlik bəyanatı imzalanıb. Şuşa həm mədəni, həm də strateji baxımdan önəmli şəhərdir.

 

Türkiyənin Şuşada Baş konsulluq açması bütün dünyaya mesajdır. Bu, o deməkdir ki, Türkiyə Azərbaycanın yanındadır, Türkiyə Azərbaycanı dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər