Ermənistan müdafiə naziri Aİ-nin texniki qiymətləndirmə missiyasının üzvlərini qəbul edib
Gündəm
4211
17 Oct 2022 | 20:07

Ermənistan müdafiə naziri Aİ-nin texniki qiymətləndirmə missiyasının üzvlərini qəbul edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının texniki qiymətləndirmə missiyasının üzvlərini qəbul edib.
 
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Müdafiə naziri missiyanın Ermənistana səfərini alqışlayıb, əməkdaşlığa və missiyanın işinə dəstək olmağa hazır olduğunu bildirib.
 
İclasda missiyanın əsas məqsəd və vəzifələri barədə müdafiə nazirinə məlumat verilib. Həmçinin texniki və təşkilati məsələlər müzakirə edilib.
 
Qeyd edək ki, Aİ Şurası Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin 40-a qədər monitorinq ekspertinin göndərilməsi barədə qərar qəbul edib. Bu qərar oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı rəhbəri Şarl Mişel arasında dördtərəfli görüşdən sonra verilib.
Link kopyalandı!
Son xəbərlər