“Onlar bu cinayətləri uzun illər ərzində, xüsusi amansızlıqla törədiblər”
3792
06 Oct 2022 | 14:21

“Onlar bu cinayətləri uzun illər ərzində, xüsusi amansızlıqla törədiblər”

“Ermənistan uzun illər ərzində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törədib”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, beynəlxalq təşkilatlar ermənilərin törətdiyi cinayətlərə biganə qalmamalı, müqəssirlərin cəzalandırılması üçün əməli adımlar atmalıdır:

 

“Ermənistan istər Birinci Qarabağ müharibəsi dönəmində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı ağır cinayətlər həyata keçirib. Onlar hərbçilərlə yanaşı, mülki insanları –qadınları, uşaqları, qocaları qətlə yetiriblər, amansız vəhşiliklər, talanlar, vandalizm aktları törədiblər. Xocalı qətliyamı erməni vəhşiliyinin ən böyük isbatıdır.

 

Təbii ki, Ermənistan Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.

 

Bu məsələdə beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşür. Onlar Ermənistanın cinayətlərinə adekvat reaksiya verməli, bu cinayətlərə öz etirazlarını bildirməli, cinayətkarın cəzalandırılması istiqamətində konkret addımlar atmalıdırlar. Beynəlxalq hüquq da, ədalət də bunu tələb edir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər