Köçəryan Paşinyanı suçladı: “Heç kim dilənçilik edən ölkəyə hörmət etməz”
6769
28 Sep 2022 | 12:59

Köçəryan Paşinyanı suçladı: “Heç kim dilənçilik edən ölkəyə hörmət etməz”

Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün İrəvandakı “Erebuni Plaza” biznes mərkəzində mətbuat konfransı keçirib.
 
Moderator.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, Robert Köçəryan bildirib ki, Ermənistan dərin təhlükəsizlik böhranı yaşayır və hakimiyyət ölkənin ərazi bütövlüyünü qoruya bilmir.
 
Onun sözlərinə görə, Azərbaycanın son hərbi əməliyyatları göstərdi ki, Paşinyan hakimiyyəti öhdəliklərini yerinə yetirmək üçün müqavilələri olan beynəlxalq tərəfdaşları prosesə cəlb edə bilmədi.
 
"Hakimiyyət sülh dövrünün utopik tezisinə qapılıb. Bu arada, son hadisələr fonunda Bakı və Ankaranın rolu kəskin şəkildə artıb, Rusiya və KTMT-nin də onlara təsir rıçaqları azalıb”.
 
İkinci prezident hesab edir ki, ölkədəki son mitinqlər vəziyyətin partlayıcı olduğunu bir daha göstərdi. Onun fikrincə, heç kim zəif ölkə ilə hesablaşmaz, dilənçilik edən ölkəyə hörmət etməz.
 
"Bizim regiondakı rolumuz azalıb və düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masasının ətrafında deyil, onun üzərindəyik", - deyə o bildirib.
 
Köçəryan qeyd edib ki, müharibədən iki il sonra Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün İran amilindən istifadə etməyib. Onun sözlərinə görə, 2021-ci ilin mayında İran tərəfi ilə (Tehranın təşəbbüsü ilə) sərhəddə təlimlər keçirmək üçün danışıqlar aparılıb, lakin Ermənistan tərəfi donub qalıb. Eks-prezident hesab edir ki, indi də İranla razılığa gəlmək hələ gec deyil, çünki onun üçün regionda milli maraqların qorunması vacibdir.
 
Link kopyalandı!
Son xəbərlər