Ukrayna prezident Vladimir Zelenski "dünyanın bütün yəhudilərinə" Rusiyanın Xolokostun mərkəzi "Babiy Yar" xatirə kompleksinin yanında yerləşən Kiyevin teleqülləsinə edilən hücumdan sonra Ukraynada baş verənlərə susmamaq xahişi ilə müraciət edib. Aviazərbələr nəticəsində beş nəfər həlak olub.
"Müharibənin ilk günündə hər il yüz minlərlə yəhudilərin ziyarətə gəlib dualar etdiyi Uman şəhərini qəddarcasına bombaladılar. Sonra da 100 min yəhudinin güllələndiyi Babiy Yara zərbə endirdilər. Bu gün dünyanın bütün yəhudilərinə müraciət edirəm- bəyəm nə baş verdiyini görmürsünüz? Ona görə də dünya boyunca milyonlarla yəhudinin susmaması çox vacibdir. Susduqca nasizm doğulacaq", - Ukrayna prezidenti bəyan edib.
Məlum olduğu kimi, Xolokostun mərkəzindəki "Babiy Yar" xatirə kompleksinə bitişik yerləşən teleqülləyə Rusiya tərəfindən zərbə endirilməzdən bir neçə saat öncə xatirə kompleksinin rəhbərliyi Beynəlxalq cinayət məhkəməsinə müraciət edərək, Putinin Donbas sakinlərinin "soyqırım"ı haqqında yalanını araşdırmağı tələb edib.
"Biz Xolokostda Kiyev yəhudilərinin və Babiy Yarda məhv edilən yəhudi xalqının xatirəsinə ucaldılan xatirə kompleksinin yanında yerləşən yəhudi qəbiristanlığına hücumu pisləyirik. Biz bu yeri qorumağa və onun müqəddəsliyini yad etməyə çağırırıq.
Mən Kiyevdəki səfirə obyektin rəhbərliyi ilə əlaqə saxlamağı tapşırmışam və sonradan mümkün olduqda dəyən ziyanın aradan qaldırılmasına kömək edəcəyik.
Biz hadisələrin gedişini izləməkdə davam edirik və günahsız insanların həlak olmasına görə dərin kədərimizi ifadə edirik".
Məlum olduğu kimi, Vladimir Zelenskinin özü yəhudi ailəsində doğulub, onun babasının ata tərəfdən qohumları fəlakət zamanı həlak olub.
"Detaly", İsrail