“Ermənilər Naxçıvan-Ermənistan sərhədindəki «Г»şəkilli yeni bina ilə maraqlanır...”
Gündəm
7539
13 Aug 2021 | 10:59

“Ermənilər Naxçıvan-Ermənistan sərhədindəki «Г»şəkilli yeni bina ilə maraqlanır...”

“Əgər Zəngəzur dəhlizi açılsa, orada gömrük məntəqəsi olacaq. Yol açılmadığı halda isə həmin binalarda...”  
 
“Düzdür, müxalif liderlərin təbliğatı və öz içlərində türklərə olan nifrət sayəsində  ermənilər arasında Zəngəzurdan yol açılmasına etiraz edənlər xeylidir. O da var ki, yavaşca “Axı bu işlərin bizə, Ermənistana da faydası olacaq, buradan dəmir yolu, avtomobil yolu çəkilsə, buralarda stansiyalar tikiləcək,  yeni iş, qazanc yerləri açılacaq” deyənlər də artır”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  Azərbaycan parlamentinin sabiq deputatı, Qərbi Azərbaycanda doğulub boya-başa çatmış, işləmiş, hazırda mütəmadi olaraq erməni dilində Ermənistan telekanal və saytlarını izləyən Maksim Musayev “Sizcə, əgər Robert Köçəryan, Serjik Sərkisyan  və s. kimi Rusiya və digər ölkələrin agentləri hakimiyyətə gəlmək və s. məqsədlər üçün aranı qızışdırmasalar, adi ermənilərin çoxu Zəngəzur dəhlizinin açılmasına və ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə sülh münasibətlərinin yaranmasına razı olarmı” sualına cavabında söyləyib.
 
“Erməni kanalları Naxçıvan və Zəngilan istiqamətindən Zəngəzur dəhlizinə tərəf yolların çəkilib asfaltlanmasının peykdən çəkilmiş kadrlarını nümayiş etdirirlər. Və Zəngəzurdan keçəcək 41 kilometrlik yolun da, yəqin ki,  müəyyən razılaşmalar, müqavilələr əsasında çəkiləcəyini bildirirlər.  Naxçıvan tərəfdən gələn asfalt yolun Ermənistan sərhədinə çatan yerində bir «Г» şəkilli bina və bir neçə başqa formalı bina tikilib.  Erməni aparıcılar öz-özlərinə sual edirlər ki, bəs bu binalar hansı məqsədlə tikilib? Bəlkə Ermənistanla Azərbaycan arasında hansısa gizli razılaşma var? Sonda iki versiya irəli sürürlər: “Əgər Zəngəzur dəhlizi açılsa, orada gömrük məntəqəsi olacaq. Yol açılmadığı halda isə həmin binalarda  hərbi hissə yerləşəcək”- açıqlamasının davamında keçmiş deputat bunları nəql edib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər