Məşhur Məmmədov: “Bütün gənclərimizə, hətta bağça yaşındakı uşaqlara da bu parkı göstərməli, onları məlumatlandırmalıyıq”
“Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təqdirəlayiqdir”
16 aprel 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun fəal gənclərinin yeni açılmış Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib.
Moderator.az-a açıqlamasında gənclərin Hərbi Qənimətlər Parkına səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan millət vəkili Məşhur Məmmədov, belə səfərlərin gələcəkdə də mütəmadi şəkildə təşkilinin vacib olduğunu qeyd edib:
“Hərbi Qənimətlər Parkənın yaradılması dövlətimiz və dövlətçiliyimiz tarixində mühüm yer tutur. Əminəm ki, gələcəkdə də həm vətəndaşlarımız, həm də əcnəbilər bu park sayəsində son 30 ildə baş verən hadisələr haqqında, xüsusilə də ordumuzun şanlı qalibiyyəti haqında əıtraflı məlumatlar ala biləcəklər.
Bu parkda ermənilərin xalqımız qarşı törətdiyi cinayətlərin izləri mövcuddur. Gənclərimiz bu cinayətlər haqqında məlumatlı olmalı, bunu unutmamalıdır.
Hərbi Qənimətlər Parkı tarixi yaddaş nümunəsi kimi mühüm önəm daşıyır. Hərbi Qənimətlər Parkı gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, qəhrəmanlarımızın tanınmasında mühüm rol oynayacaq.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin qaldırdığı bu təşəbbüs gözəl və təqdirəlayiqdir.
Bütün gənclərimizə, hətta bağça yaşındakı uşaqlara da bu parkı göstərməli, onları qalibiyyət simvolumuz olan bu prakla yaxından tanış etməliyik.
Əminəm ki, Hərbi Qənimətlər Parkı gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində, tariximizi daha dərindən mənimsəməsində mühüm rol oynayacaq”.
Seymur ƏLİYEV